Icma.az
close
up
RU
Azərbaycan hökuməti Rusiyaya qarşı öz mövqeyini ortaya qoymalıdır ADP BƏYANAT YAYDI

Azərbaycan hökuməti Rusiyaya qarşı öz mövqeyini ortaya qoymalıdır ADP BƏYANAT YAYDI

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə AXCP sədri Əli Kərimlinin saxlanılaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi, eyni zamanda adı çəkilən partiyanın funksioneri Məmməd İbrahimin saxlanılması faktı ətrafında müzakirələr aparıb.

Müzakirələrdə baş verənlərdən narahatçılığını ifadə edən toplantı iştirakçıları bu hadisələrin ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılmasına, siyasi məhbusların sayının artmasına xidmət etdiyini və nəticə etibarilə Azərbaycan dövlətinin beynəlxalq aləmdəki imicinə növbəti dəfə xələl gətirəcəyi qeyd olunub. İdarə Heyəti AXCP sədri Əli Kərimli barəsində qaldırılmış cinayət işinin istintaqının şəffaf aparılmasının, onun effektiv müdafiə hüququnun müvafiq qanunvericiliyin tələblərinə uyğun qaydada təmin olunmasının vacibliyini bildirib.

Müzakirələr zamanı həmçinin qeyd edilib ki, Azərbaycanda müəyyən qüvvələrin Rusiya ilə əlaqəli şəkildə ölkədə dövlət çevrilişinə cəhd etmələri ilə bağlı yayılan məlumatlar öz təsdiqini taparsa, bu hadisənin Rusiya-Azərbaycan arasında bağlanmış bir çox müqavilələrin, o cümlədən 22 fevral 2022-ci il tarixində iki dövlət arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin tələblərinə zidd olduğu üçün Azərbaycan hökuməti Rusiyaya qarşı öz mövqeyini ortaya qoymalıdır.

İdarə Heyəti ölkədəki ağır sosial-iqtisadi vəziyyətin müəllifinin hakimiyyətdə olan rusiyapərəst qüvvələr olduğunu, eyni zamanda cəmiyyətdə mənfi sosial tendensiyalardan sui-istifadə edərək Azərbaycanın müstəqilliyinə və dövlətimizin əleyhinə iş aparanların da eynilə Rusiyaya xidmət etdiyini bildirib.

İdarə Heyəti son zamanlar keçmiş SSRİ-nin atributlarının Azərbaycanda təbliğ olunması faktlarını da qətiyyətlə pisləyib, hakimiyyətin qüsurlarını cəmiyyətə dövlətin və müstəqilliyin qüsurları kimi təqdim edilməsini yolverilməz hesab edib və Azərbaycan hökumətini ölkənin müstəqilliyi və suverenliyi əleyhinə olan qüvvələrə qarşı ciddi tədbirlər görməyə çağırıb.

İdarə Heyəti bununla yanaşı, ölkədə sosial sahədə olan neqativ halların aradan qaldırılması istiqamətində ciddi islahatlar həyata keçirilməsinin və idarəçilikdə şəffaflığın təmin olunmasının vacibliyini vurğulayıb.

İdarə Heyəti ABŞ Prezidenti Donald Trampın Venesuelada Maduro rejiminin dəyişdirilməsi ilə bağlı həmin dövlətə hərbi müdaxilə edəcəyi ilə bağlı məlumatları müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, ABŞ-ın bu niyyəti Venesuelada demokratik cəmiyyət qurmaqdırsa, onda analoji münasibəti dünyanın digər diktatura və avtoritar rejimlərinə qarşı da sərgiləməlidir. Əks halda, bu hadisə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayacaq və ABŞ-ın beynəlxalq imicinə zərbə vuracaqdır.

İdarə Heyətində sonda bir sıra cari məsələlər də müzakirə olunub.

KƏNAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Dekabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri