4 aylıq fasilə: Ayətullah Xamenei nə vaxt torpağa tapşırılacaq?
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın sabiq Ali Rəhbəri Ayətullah Xameneinin iyulun 9-da Məşhəddə dəfn ediləcəyi barədə məlumatlar yayılıb. Bundan əvvəl mərasimin Aşura Günündən sonra baş tutacağı qeyd olunmuşdu.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan şərqşünas-yazar Kənan Rövşənoğlu bildirib ki, cənazənin daha əvvəl torpağa tapşırıldığı iddiaları doğru deyil.
“Əvvəlcə Tehranda, sonra Qumda vida məqrasimləri keçirildikdən sonra nəhayət, Məşhəddə dəfn ediləcəyi elan olunub. Buna qədər onun əmanət qəbirdə torpağa tapşırılma barədə iddialar doğru deyil. pizza hut
İndiki dövrdə cənazənin saxlanılmasına dair müxtəlif üsullar var. 2024-cü ildə Livan “Hizbullah”ının baş katibi Seyid Həsən Nəsrullahın da dəfni bir neçə ay sonra, yəni atəşkəs elan olunduqdan sonra həyata keçirildi”, – deyə o qeyd edib.
Xatırlatma: dünya siyasətinin bir çox simaları çox gec dəfn oluub. O cümlədən Rusiya impersatoru I Pyotr 40 saxlanıldıqdan sonra torpağa tapşırılıb. Sovet Rusiyasının banisi Leninin isə meyiti mumiyyalaşdırılıb və onun dəfni 100 ildir yalnız müzakirə mövzusudur.
Bir çox dövlət başçılarının cənazələri bir yerdən digərinə köçürüldüyü üçün müvəqqəti dəfn mərasimləri keçirilib. Bu, Avraam Linkoln (ABŞ), Fransisko Franko (İspaniya), Mustafa Kamal Atatürk (Türkiyə) və digərlərinə şamildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 İyun 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















