Icma.az
close
up
RU
4 günlük müharibə boşa gedir: Bu obyekti vurmaq mümkün olmur

4 günlük müharibə boşa gedir: Bu obyekti vurmaq mümkün olmur

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranla müharibənin dördüncü günündə  İsrail hədəf aldığı Fordo Nüvə Obyektini məhv edə bilməyib. 

Ekspertlərin fikrincə, ABŞ-nin müdaxiləsi olmadan Təl-Əvivin bu obyekti dağıtması mümkünsüz görünür. 

"Cebheinfo.az" xəbər verir ki, İsrail və İran arasındakı müharibənin şiddəti artır. İsrail F-35 qırıcıları ilə Tehran, Təbriz və İsfahana hava zərbələri endirərkən, İran buna cavab olaraq Təl-Əviv, Yaffa və Bat Yam şəhərlərini pilotsuz təyyarələr və ballistik raketlərlə hədəfə alıb. İki ölkə qarşılıqlı olaraq neft emalı zavodlarını vurur, çox sayda mülki vətəndaşın həyatını itirdiyi bildirilir. Lakin müharibənin başlamasına səbəb olan İranın nüvə obyektləri hələ də salamatdır. 

Xüsusilə Tehranın cənubundakı Qum şəhəri yaxınlığındakı dağda təxminən bir kilometr dərinlikdə inşa edilən Fordo Uran Zənginləşdirmə Müəssisəsi İsrailin ən mühüm hədəflərindən biri kimi diqqəti çəkir. "Axios" xəbər saytının təhlilinə görə, İsrailin İrana hücumlarının müvəffəqiyyəti "Fordo" obyektinin məhv edilməsindən asılıdır. 

Lakin İsrailin bu dərinlikdəki obyekti məhv edə biləcək sursat və ya ağır bombardmançı təyyarələri yoxdur. Belə bir əməliyyatı yalnız ABŞ-nin B52 bombardmançıları həyata keçirə bilər. İsrailin Vaşinqtondakı səfiri Yechiel Leiter də "Fordo"nun məhv edilməsinin əməliyyatın başa çatması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. 

Yüksək rütbəli bir İsrail rəsmisi isə "Əl Ərəbiyyə"-yə ABŞ-nin müdaxiləsinin vacib olduğunu etiraf edib: 

““Fordo”nu vura bilməsək, bütün əməliyyat boşa çıxacaq". İsrail tərəfi "Fordo"nun məhv edilməsi üçün ABŞ-dən birbaşa yardım istəsə də, Vaşinqton administrasiyası məsələ ilə bağlı dəqiq mövqe nümayiş etdirməyib. 

"Axios"-a məlumat verən bəzi mənbələrə görə, İsrailin Baş naziri Netanyahu ilə görüşən ABŞ Prezidenti Donald Tramp ABŞ-nin mümkün müdaxiləsinə eyham vursa da, Ağ Ev bu iddianı tez bir zamanda təkzib edib. Bildirilir ki, Tramp administrasiyası hələlik yalnız müdafiə dəstəyi verir. 

2009-cu ildə tapılan "Fordo" obyekti beynəlxalq ictimaiyyətdə İranın nüvə silahı istehsal etmək niyyəti ilə bağlı narahatlıqlara səbəb olub. 2015-ci ildə İran ABŞ da daxil olmaqla ölkələrlə nüvə sazişi çərçivəsində obyektdəki fəaliyyətini dayandırmağa razılaşıb. 

Lakin Tramp 2018-ci ildə sazişdən çıxdıqdan sonra İran uranın zənginləşdirilməsi səylərini bərpa edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin 2025-ci il hesabatına görə, İran 60 faiz zənginləşdirilmiş urana malikdir. Bu nisbət 90 faizə qaldırılarsa, İran altı nüvə bombası istehsal etmək gücünə sahib olacaq. Ekspertlər bildirirlər ki, İran bu səviyyədə zənginləşdirilmiş urana malik nüvə silahı olmayan yeganə ölkədir. 

Nigar 
"Cebheinfo.az"

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyun 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri