Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

4 il keçir Talıbovdan sonra Naxçıvanda nələr dəyişdi?

4 il keçir Talıbovdan sonra Naxçıvanda nələr dəyişdi?

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

“2022-ci il dekabrın 21-i Naxçıvan üçün siyasi baxımdan dönüş nöqtəsi oldu. Həmin gün 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Vasif Talıbov vəzifəsindən istefa verdi. Beləliklə, Naxçıvanda 27 il davam edən siyasi idarəçilik dövrü başa çatdı. Amma Talıbovun gedişi sadəcə bir şəxsin vəzifədən ayrılması deyildi. Əsas dəyişiklik Naxçıvanda idarəetmə sisteminin özündə baş verdi. Talıbov dövründə Naxçıvanın siyasi idarəçiliyində Ali Məclisin sədri xüsusi çəkisi olan əsas fiqur idi. 2022-ci ilin dekabrından sonra isə Bakı ilə Naxçıvan arasındakı idarəetmə mexanizmini yenidən quran addımlar atıldı.
Talıbovun istefasından cəmi bir gün sonra – dekabrın 22-də Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəliyinin yaradılması barədə Əsasnamə təsdiqləndi. Sənədə əsasən, nümayəndəlik Prezident Administrasiyasının struktur bölməsi kimi müəyyənləşdirildi və onun rəhbərinin birbaşa Prezidentə tabe olduğu təsbit edildi. Nümayəndəliyə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət etmək, Naxçıvanın ictimai, sosial və iqtisadi vəziyyəti barədə Prezidentə mütəmadi hesabatlar təqdim etmək kimi səlahiyyətlər verildi.

Başqa sözlə, Naxçıvanda idarəçilik artıq yalnız muxtar respublikanın daxili siyasi strukturları üzərindən qurulan modeldən çıxaraq Prezident Administrasiyası ilə birbaşa əlaqələndirilən nəzarət mexanizminə keçdi. Talıbov dönəminin əsas xüsusiyyətlərindən biri hakimiyyətin Naxçıvan daxilində yüksək dərəcədə mərkəzləşməsi idi.
Onun istefasından sonra isə müxtəlif dövlət strukturlarının səlahiyyətləri yenidən bölüşdürülməyə başladı. Burada ən diqqətçəkən məqam odur ki, səlahiyyətli nümayəndəlik ayrıca bir idarəetmə pilləsi kimi meydana çıxdı. 
Bu modeldə Ali Məclis qanunverici orqan kimi qalır, hökumət icraedici funksiyaları həyata keçirir, Prezidentin səlahiyyətli nümayəndəliyi isə Prezidentin Naxçıvandakı siyasətinin icrasına və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət edən mexanizm rolunu daşıyır.
Beləliklə, əvvəlki dövrdə bir siyasi mərkəzin ətrafında cəmlənən idarəçilikdən daha çox institusional və çoxpilləli idarəetmə mexanizminə keçid baş verdi.
“Rəsmi statistik məlumatlarda Naxçıvanda əhalinin rifah halının yaxşılaşmasından və iqtisadi artımdan bəhs olunsa da, real vəziyyət tamamilə fərqlidir. İşsizlik, gələcəyə ümidsizlik, Naxçıvana gediş-gəlişin işgəncəyə çevrilməsi, xəstəxanaların yetərli səviyyədə tibbi xidmət göstərə bilməməsi və s. kimi problemlər adi həyat normasına çevrilib”.
Əslən Naxçıvandan olan siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.
Onun iddiasına görə, Zəngəzur dəhlizi kimi mühüm projelərdə çalışan fəhlələr belə, 5 aydır maaş ala bilməməkdən gileylənirlər: “Bu yaxınlarda diqqətimi bir şikayət cəlb etmişdi. “AzVirt” şirkətinin Ordubad rayonundakı Salamməlik stansiyası ərazisində həyata keçirdiyi tikinti işlərində çalışan fəhlələr aylarla maaş ala bilmədiklərini bildirirdilər. Ən ciddi şikayətlərdən biri də Vasif Talıbovun dövründən qalma iməcliklər bu gün də davam edir, bəzən qızmar günəş altında işləməyə məcbur edilən vətəndaşların səhhətində problemlər yaranır. Onların şikayətləri sosial media orqanlarında açıq şəkildə dilə gətirilir”.

Onun sözlərinə görə, Naxçıvanda son zamanlar işdən azad olunan məmurların etiraz etməsi məntiqsizdir:
 “Sanki bu vəzifələr onların dədə-baba mallarıdır və heç kim onları yerlərindən tərpədə bilməz. Halbuki vəzifələrdə işlədikləri zaman hansısa faydalı əməlləri ilə yadda qalmayan bu məmurların işdən çıxarılan kimi şirə-aslana çevrilməsi Naxçıvana xarakterik hal olmadığından bu davranışların arxasında Vasif Talıbov komandasının dayandığı iddia olunur”.
Onun dediyinə görə, Naxçıvan xəstəxanalarında da vəziyyət ürəkaçan deyil: “Muxtar respublika xəstəxanasının işçilərinin iddialarına görə, bu tibb ocağına yeni direktor təyin olunan Səxavət Məmmədzadə işə başlayandan onları faktiki iş saatından iki qat artıq işlədirlər, amma maaşlarını artırmaq barədə düşünən yoxdur. Səxavət həkim heç kimlə görüşüb şikayətlərini dinləmək belə istəmir. Açıq şəkildə tibb işçilərinə “mənim üstümə şikayətə gəlməyin” deyir. Ondan əvvəl bu xəstəxanaya baş həkim rəhbərlik edirdi. Kollektivin içindən çıxdığından işçilərlə salam-əleykümü var idi. İşçilər rahatlıqla dərdlərini ona deyə bilirdilər. Səxavət həkim xəstəxanaya ayaq qoyandan sonra bu yarımçıq ünsiyyət də kəsilib”.
Heydər Oğuz bildirib ki, insafən, Səxavət həkim xəstəxanaya bəzi avadanlıqlar da gətirib: “Onun gətirdiyi KT aparatı həm köhnədir, həm də 3 aydır ki, qurulmasını gözləyir. MRT cihazı uzun müddət işləmədikdən sonra axır ki, təmir olunub. Bu səfər isə MRT-ni işlədən Heyran xanım işdə tapılmır. Xəstələr Heyran xanımı axtaranda rəhbərlikdən “məzuniyyətdədir” cavabını alırlar. Naxçıvanda isə cəmi 3 yerdə MRT aparatı var. Biri Referans klinikasında, digəri Diaqnostika Mərkəzində, bir başqası isə Naxçıvan şəhərindən 60-70 km aralıda yerləşən Şərur rayonundadır. Başqa yerdə MRT aparatı yoxdur. Belə çıxır ki, naxçıvanlı xəstələr gah MRT cihazının xarab olması, ya da onu işlədənin məzuniyyətə çıxması səbəbindən ya zəhmət çəkib 70 km məsafə qət etməli, ya da ümumiyyətlə müayinə olunmamalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 İyul 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri