Icma.az
close
up
RU
4 ildir işsiz olan Ağsu sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR Çıxılmaz vəziyyətdəyəm...

4 ildir işsiz olan Ağsu sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR Çıxılmaz vəziyyətdəyəm...

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağsu rayonu, Abasxanlı kənd sakini Məmmədzadə Cavid Ağarza oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 4 ildən çoxdur Məşğulluq Agentliyində qeydiyyatda olsa da, işlə təmin edilmir:

“Mən, Məmmədzadə Cavid Ağarza oğlu, yazaraq bildirirəm ki, 4 ildən çoxdur işsizlikdən əziyyət çəkirəm. 4 ildir Məşğulluq Agentliyində qeydiyyatdayam. 

2 azyaşlı övladım var. Yoldaşım gözündən əməliyyat olunamlıdır. Özüm ustayam. 6 ildən çox stajım var. Bu ayın 25-də Ağsu rayon Abasxanlı kənd məktəbində vakant yer olacq. Vakant yer olarsa, işlə təmin etmələrini xahiş etmişəm.

Təhsil şöbəsinin müdir müavini Natiq müəllimin qəbulunda oldum. Bildirdi ki, mən sırf həmin yer üçün söz verə bilmərəm. Ordan-ora, burdan-bura göndərildim. Allah şahiddir ki, necə çıxılmaz vəziyyətdəyəm.

Nazir Emin Əmrullayevin sabirabad rayonunda görüşü var idi. Orada məni Taleh adlı şəxs qəbul etdi. Taleh bəy orada Natiq müəllimə tapşırıq verdi ki, bu şəxsi işlə təmin edin.

Ağsu rayon icra başçısı Bağırov Rövşən Elmidar oğlu Abasxanlı kəndinə gəlmişdi. Rayonun deputatı da orada idi. Yaxınlaşıb bildirdim ki, kəndin orta məktəbində boş yer olacaq, işlə təmin olunmağıma kömək edin. Elçin Mirzəbəyli Natiq müəllimə dedi ki, Cavidi işlə təmin et, lakin hələ də mənə iş verilmir. Nə vaxt gedirəm, ya mraciət edirəm, deyirlər ki, səndən qabaq növbədə olanlar var.

Həmin məktəbdə işləyən usta təqaüdə çıxır, öyrənmişəm. Onun yerinə işə girmək istəyirəm. 4 ildir Məşğulluq Agentliyində qeydiyyatdayam, mənə heç bir iş təklif etməyiblər". 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi  ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Məmmədzadə Cavid Ağarza oğlunun müraciəti araşdırılıb: "Vətəndaş "Əmək və məşğulluq" altsistemində işaxtaran kimi qeydiyyatdadır. 2025-ci ilin yanvar ayında müraciəti əsasında Cavid Məmmədzadənin məşğulluq imkanları qiymətləndirilib və özünüməşğulluq proqramı fərdi məşğulluq proqramında uyğun tədbir olaraq müəyyyənləşməyib. 
Daha öncə vətəndaşın özünüməşğulluq proqramına hər hansı qeydiyyatı olmayıb. Cavid Məmmədzadənin 4 ildir ki, növbədə olması ilə bağlı iddiası həqiqəti əks etdirmir. Özünüməşğulluq proqramının icrası ictimai açıq həyata keçirilir və hər kəs Agentliyin saytında proqrama müraciət edən, qeydiyyata alınınan və növbədə gözləyən vətəndaşların məlumatları ilə tanış ola bilir. Bu səbəbdən heç bir əsas olmadan proqrama müraciət edən vətəndaşların növbədən kənarlaşdırılması mümkün deyildir. Cavid Məmmədzadə digər məşğulluq tədbirlərindən yararlanmaq istəyərsə aidiyyəti üzrə Məşğulluq filialına müraciət edə bilər".

Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri