Icma.az
close
up
RU
19 baş malqarası oğurlanan Qazax sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR FOTO

19 baş malqarası oğurlanan Qazax sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR FOTO

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Qazax rayonu, Aslanbəyli kənd sakini Eminova Söylü Şamil qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza ünvanladığı məktubu olduğu kimi dərc edirik:

“Mən, Eminova Söylü Şamil qızı, yazaraq bildirirəm ki, 19.12.2020-ci il tarixində 14 baş, 04.01.2021-cil il tarixində isə gözümün qarşısında 5 baş mal-qaramı oğurlayıblar. Həmin vaxt N saylı hərbi hissədən kömək istədim. Mənə bildirdilər ki, icazə yoxdur, geri qayıdın.

Bu neçə il ərzində DİN-in “102” qaynar xəttinə dəfələrlə müraciət etmişəm, Qazax rayon Polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədovun qəbulunda olmuşam. Lakin heç bir nəticəsi olmayıb.

2023-cü ildə İsmayıllı rayonunda Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşam. 25.06.2024-cü il tarixdə təkrarən yenə Vilayət Eyvazovun və Baş prokuoror Kamran Əliyevin qəbulunda oldum. Hər ikisi tapşırıq versə də, polis rəisi Sənan Əsədov işi araşdırmır. Yalandan nazirliyə bildirib ki, mal-qaranı sərhəd qoşunu oğurlayıb.

Keçmiş polis rəisi Amil Hacıyev isə 9 nəfər şahidin içində dedi ki, sizin mal-qara Ermənistana keçib, hərbi hissədən də 6 nəfər şahidim var. Buna baxmayaraq, Ağstafanın Ceyrançöl ərazisində 6 baş mal-qaramı Gülarə Mustafayevanın fermasında gördüm.  Polislər ora baxış keçirməyə getdi. O, 12 yaşlı nəvəmi polislərin gözü qarşısında döydü. Polislər isə buna göz yumur.

Mən həmin vaxt mal-qaramı bağlayırdım. Akif Dərgahquliyev ferma sahibinə dedi ki, hay-küy sal, mal-qaranı bağlamağa qoyma. Heyvanlarımı oğurladığı yetmirmiş kimi, mənə də polis içində bildirdi ki, sən burdan mal-qara apara bilməzsən.

Bu hadisədən bir müddət sonra Akif Dərgahquliyev heyvanlarımın izini itirmək üçün onları satdırıb. Hazırda Aslanbəyli çobanları həmin mal-qaranı tanıyır, şahiddirlər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Əməkdaşımıza bildirildi ki, “dekabrın 20-də  Qazaxın Aslanbəyli kənd sakini S.Eminovanın oğlu Teymur Eminov DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək yaşadığı kəndin ərazisində  ona məxsus on dörd baş iribuynuzlu mal-qarasının itməsi ilə bağlı müraciət edib.

Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalarla mal-qaranın məhz sahibinin nəzarətsizliyi nəticəsində kənddən xeyli aralanaraq itdiyi müəyyən edilib. Hazırda Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşa məxsus mal-qaranın tapılması istiqamətində zəruri tədbirlər görülür”.

Aynurə İSMAYIL

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri