Icma.az
close
up
RU
4 uşaq anası ərini telefonla oynadığı yerdə öldürübmüş Aynur Sakiti xəyanət edərkən tutub KONKRET

4 uşaq anası ərini telefonla oynadığı yerdə öldürübmüş Aynur Sakiti xəyanət edərkən tutub KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Aynur Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Aynur Nağıyeva qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Hadisə ötən ilin avqustunda Bakının Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, 4 uşaq anası olan Aynur Nağıyeva həyat yoldaşı Sakit Nağıyevə 9 bıçaq zərbəsi endirib.

Qadın bıçağa əri içkili olduğu və evə gec gəldiyi üçün əl atdığını etiraf etsə də, özünü təqsirli bilməyib. Deyib ki, hadisəni qısqanclıq zəminində törədib:

“Mən 9 bıçaq vurmuşam, heç biri 1 santimetrdən artıq daxilə nüfuz etməyib. Mən onun dəfələrlə xəyanətini, başqa qadınlarla danışığını tutmuşdum. Onun telefonuna format verəndə başqa qadınla səs yazısını gördüm. 4 uşağa baxırdım. Hadisə olan gecə evə gec gəldi. Gəldi, dedi ki, mənə çay gətir. Dedim, kimin yanından gəlirsən, get o da sənə çay gətirsin. Bu zaman dalaşdıq, çıxdı getdi, təzədən araq alıb gətirdi. Ondan sonra bu hadisə baş verdi”.

Müttəhim baş verənlərdən cana doyduğunu deyib:

“Mən boğaza yığılmışdım. Onu gecə saat 3-də telefonla oynayarkən vurdum. Müstəntiq ittiham aktında mənə layiq olmayan şeylər yazıb”.

Müttəhim 2015-ci ildə ailə qurmaq istədiklərini, lakin o zaman bu gün zərərçəkən skamyasına əyləşən Sakit Nağıyevin həbs olunması səbəbindən evliliklərinin 2017-ci ilə qədər ertələndiyini bildirib. Sakit Nağıyev məhkəmədə həyat yoldaşından şikayətçi olmadığını, 2 azyaşlı övladlarının olmasını nəzərə alınmasını xahiş edib.

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində, əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Aynur Nağıyevaya qarşı Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 May 2025 06:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri