Icma.az
close
up
RU
4 uşaq anası ərini telefonla oynadığı yerdə öldürübmüş Aynur Sakiti xəyanət edərkən tutub

4 uşaq anası ərini telefonla oynadığı yerdə öldürübmüş Aynur Sakiti xəyanət edərkən tutub

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Aynur Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Aynur Nağıyeva qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Hadisə ötən ilin avqustunda Bakının Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib.

Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, 4 uşaq anası olan Aynur Nağıyeva həyat yoldaşı Sakit Nağıyevə 9 bıçaq zərbəsi endirib.

Qadın bıçağa əri içkili olduğu və evə gec gəldiyi üçün əl atdığını etiraf etsə də, özünü təqsirli bilməyib. Deyib ki, hadisəni qısqanclıq zəminində törədib:

"Mən 9 bıçaq vurmuşam, heç biri 1 santimetrdən artıq daxilə nüfuz etməyib. Mən onun dəfələrlə xəyanətini, başqa qadınlarla danışığını tutmuşdum. Onun telefonuna format verəndə başqa qadınla səs yazısını gördüm. 4 uşağa baxırdım. Hadisə olan gecə evə gec gəldi. Gəldi, dedi ki, mənə çay gətir. Dedim, kimin yanından gəlirsən, get o da sənə çay gətirsin. Bu zaman dalaşdıq, çıxdı getdi, təzədən araq alıb gətirdi. Ondan sonra bu hadisə baş verdi".

Müttəhim baş verənlərdən cana doyduğunu deyib:

"Mən boğaza yığılmışdım. Onu gecə saat 3-də telefonla oynayarkən vurdum. Müstəntiq ittiham aktında mənə layiq olmayan şeylər yazıb".

Müttəhim 2015-ci ildə ailə qurmaq istədiklərini, lakin o zaman bu gün zərərçəkən skamyasına əyləşən Sakit Nağıyevin həbs olunması səbəbindən evliliklərinin 2017-ci ilə qədər ertələndiyini bildirib. Sakit Nağıyev məhkəmədə həyat yoldaşından şikayətçi olmadığını, 2 azyaşlı övladlarının olmasını nəzərə alınmasını xahiş edib.

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində, əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Aynur Nağıyevaya qarşı Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri