Icma.az
close
up
RU
4 yaşında Xankəndidən çıxmışdı, 36 il sonra geri döndü

4 yaşında Xankəndidən çıxmışdı, 36 il sonra geri döndü

Icma.az bildirir, Modern.az portalına istinadən.

Avqustun 14-də "Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndiyə 22 ailədən ibarət 102 nəfərin köçürülməsi həyata keçirilib.

Uzun illər doğma şəhərindən ayrı yaşayan sakinlər üçün Xankəndiyə qayıdış həm sevinc, həm də kövrək hisslərlə müşayiət olunub. Köçürülənlər doğma şəhərlərinə qayıtmağın, uşaqlıq və gənclik illərinin keçdiyi yerləri yenidən görməyin onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Köçürülən sakinlərdən biri də 1984-cü il təvəllüdlü Taleh Həsənovdur.

Taleh Həsənov Beybala oğlu Xankəndi sakinidir. O, 7 fevral 1984-cü ildə Xankəndidə anadan olub və 4 yaşına qədər burada yaşayıb. Daha sonra ailəsi ilə Şuşaya köçüb. Şuşada 2-ci sinifdə oxuduğu vaxtlarda Qarabağda erməni separatizmi baş qaldırıb və o ailəsi ilə Bakıya köç etməyə məcbur olub. "Böyük Qayıdış"a qədər Taleh Həsənov Bakıda Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayıb.

Taleh Həsənov Xankəndi ilə bağlı təəssüratları, ora ilk ayaq basanda yaranan hissləri haqda Modern.az-a açıqlama verib:

“Biz öz ata evimizə köçmüşük. Cənab Prezidentin göstərişi ilə həyata keçirilən bu köç bizim üçün daha böyük önəm daşıyırdı.Vallah, belə deyim, mən uzun illər Bakıda yaşamışam, amma Xankəndiyə qayıtdıqdan sonra heç özümü qaçqın kimi hiss etməmişəm. Öz ata-baba yurduma hiss etdiyim doğmalıq hissi bu yurda əzəldən öyrəşdiyimi bir daha xatırlatdı. Hazırda həyətdə abadlıq işləri aparıram, özüm üçün hər şeyi qaydaya salıram. Ümumilikdə hər şey normaldır. Ən əsas məsələlərdən biri buranın havası çox təmizdir. Sıxlıq yoxdur. Sakitlik adamın ruhunu dincəldir. Gəzəndə bir az belə olsa yorulmuruq. İlk hisslərimi soruşursunuzsa, mən buradan çıxanda 4 yaşım vardı. Ona görə də uşaqlıq illərindən çox şey yadımda qalmayıb. Amma atamın, anamın sevinc göz yaşları hər şeyi deyirdi. Mənim də içimdə böyük həyəcan və sevinc var idi. Çünki öz doğulduğum yerə qayıtmışdım. Bu, mənim üçün çox böyük hadisədir. 36 il görmədiyin, amma doğulduğun yerin həsrətini çəkmək tamam başqa hissdir. İndi isə həmin həsrət sona çatıb.”

Nicat Rüstəm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Alimlər 1000 dəfə özünü bərpa edən material hazırladı 500 il xidmət edə bilər

29 Sentyabr 2026 07:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri