ChatGPT ilə yazışmalar boşanma səbəbi olur
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, "Bloomberg" nəşrinin əməkdaşı Morqan Miker 15 illik həyat yoldaşının mübahisələrdən sonra onunla danışmaq əvəzinə telefonunu götürərək ChatGPT-yə yazdığını müşahidə edib. Jurnalistin sözlərinə görə, həyat yoldaşı bir neçə gündən bir çatbotdan məsləhət alır, hətta gündəlik məişət məsələlərini belə süni intellektlə uzun-uzadı müzakirə edir.
Miker həyat yoldaşının çatbotdan aldığı tövsiyələri "isti qucaqlaşma"ya bənzətdiyini yazıb. Özü isə bu vəziyyəti ailə münasibətlərində əlavə bir şəxsin meydana çıxması kimi qiymətləndirib. Həyat yoldaşının "Amma sən yaltaq robot deyilsən!" cavabı isə diqqət çəkib.
Cütlüklərlə çalışan psixoterapevt Debbi Çerri həftədə bir-iki dəfə terapiya seanslarında süni intellekt mövzusunun gündəmə gəldiyini deyir. Onun sözlərinə görə, tərəflər bəzən ChatGPT-ni mübahisələrdə qərəzsiz hakim kimi qəbul edir və ondan münasibətlərinin necə davam etməli olduğunu öyrənməyə çalışırlar.
Londonda fəaliyyət göstərən psixoterapevt Viki Reynal isə problemin əsas səbəblərindən birinin insanın süni intellektə insani xüsusiyyətlər yükləməsi olduğunu düşünür. Onun fikrincə, yaxın münasibətlər gündəlik ünsiyyət və kiçik emosional təmaslar vasitəsilə formalaşır.
Məqalədə süni intellektdən istifadənin bəzi hallarda daha ciddi nəticələrə səbəb olduğu da qeyd edilir. Belə ki, ABŞ-ın Arizona ştatında yaşayan Emma tərəfdaşı Noanın çatbotla həddindən artıq ünsiyyətini emosional xəyanət kimi qiymətləndirərək 2026-cı ilin yanvarında evi tərk edib. Noanın süni intellektə xüsusi ad verdiyi, hətta evinin divarlarına onun yaratdığı qırmızısaçlı qadın obrazının şəkillərini asdığı bildirilir.
Süni intellekt yazışmaları artıq boşanma proseslərində də sübut kimi ortaya çıxır. Miçiqan ştatında fəaliyyət göstərən vəkil Timoti Flinn müştərilərindən birinin ərinin çatbotla yazışmalarını USB daşıyıcıda təqdim etdiyini açıqlayıb. Onun sözlərinə görə, yazışmalar əvvəlcə flört xarakteri daşısa da, sonradan seksual məzmun alıb.
Avqust 2026-cı ildə yayımlanan, 10 min nəfərin iştirak etdiyi "OnePoll" araşdırması da tendensiyanın miqyasını göstərir. Tədqiqata əsasən, münasibətdə olan insanların 36 faizi süni intellektdən bu və ya digər formada dəstək alıb. Respondentlərin 16 faizi tərəfdaşının hisslərini anlamaq, 15 faizi münaqişələri həll etmək, digər 15 faizi isə çətin söhbətlərə hazırlaşmaq üçün çatbotlara müraciət edib.
Maraqlıdır ki, süni intellektdən münasibətləri ilə bağlı məsləhət alan insanların 59 faizi bunun bəzən münasibətdə üçüncü bir şəxsin olması təəssüratı yaratdığını bildirib. Bununla belə, istifadəçilərin 57 faizi texnologiyanın münasibətlərinə müsbət təsir göstərdiyini, cəmi 4 faizi isə vəziyyəti pisləşdirdiyini düşünür.
Mütəxəssislər hesab edirlər ki, əsas problem texnologiyanın özündə deyil, cütlüklər arasında ünsiyyətin zəifləməsində və emosional ehtiyacların qarşılanmamasındadır. Onlar tərəflərə süni intellektdən istifadənin sərhədlərini qarşılıqlı razılaşma ilə müəyyənləşdirməyi, bu vərdiş gündəlik həyata və münasibətlərə mane olduqda isə peşəkar dəstəyə müraciət etməyi tövsiyə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 Noyabr 2026 02:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















