40 il əvvəl Alyaska səmasında baş verən UNO hadisəsi: Təyyarənin pilotu nə görüb?
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
1986-cı il noyabrın 17-də Alyaska səmasında "Japan Airlines" aviaşirkətinə məxsus "Boeing 747" yük təyyarəsinin UNO ilə qarşılaşması aviasiya tarixində naməlum uçan obyektlərin müşahidəsi ilə bağlı ən məşhur hadisələrdən birinə çevrilib.
Mderator.az xəbər verir ki, təyyarə Parisdən Tokioya, Ankoricdə aralıq eniş etməklə uçuş həyata keçirirmiş.
Təyyarənin göyərtəsində bir partiya Beaujolais şərabı da daşınıb. Enişə yaxınlaşarkən ekipaj komandiri Kendzi Terauti səmada qeyri-adi parlaq işıqlar görüb. Lakin həmin vaxt radar ekranlarında heç bir hava gəmisi qeydə alınmayıb.
Terautinin sözlərinə görə, qəfildən təyyarənin qarşısında işıq saçan iki obyekt peyda olub. Onların yaydığı parlaq işıq kabinəni işıqlandırıb və orada temperaturun yüksəlməsinə səbəb olub. Komandir nəhəng "ana" gəminin və iki kiçik aparatın təxminən yarım saat ərzində təyyarəni müşayiət etdiyini bildirib. Obyektlərin şəklini çəkmək cəhdi isə kameranın sıradan çıxması səbəbindən uğursuz olub.
Enişdən sonra mütəxəssislər pilotların ayıq və adekvat vəziyyətdə olduqlarını təsdiqləyiblər. Mülki radar qeydlərində naməlum obyektə aid olduğu düşünülən işarənin isə texniki xətanın nəticəsi olduğu bildirilib.
Astronomlar və aviasiya təhlükəsizliyi üzrə mütəxəssislər müşahidə edilən görüntülərin optik illüziyalar, Ay işığının buludlarda əks olunması və ya parlaq Yupiter planetinin görünməsi ilə bağlı ola biləcəyini qeyd ediblər.
Təyyarənin komandiri isə sonradan zarafatla yadplanetlilərin göyərtədə daşınan şərab yükü ilə maraqlanmış ola biləcəklərini deyib. Bununla belə, hadisənin yerdənkənar mənşəli olduğunu təsdiqləyən heç bir obyektiv sübut tapılmayıb. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Noyabr 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















