40 mindən çox əhalisi olan qəsəbədə bir dənə də olsun mədəniyyət ocağı yoxdur Deputatdan nazirə MÜRACİƏT
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"Prezident İlham Əliyevin 211 nömrəli qərarı ilə təsdiq edilmiş sənədə əsasən, Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı hazırlanıb. Çox yaxşı olardı ki, həmin siyahıda yer alan müəlliflərin əsərləri xüsusi seriyada çoxcildli şəklində çap olunsun. Bu təklifimi irəli sürərkən latın qrafikası ilə nəşrlərin gerçəkləşdirilməsi naminə cənab prezidentin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitabların mədəni həyatımızda misli görünməmiş bir hadisə olduğunu minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm".
Redaktor.az xəbər verir ki, bunu deputat Elnarə Akimova Milli Məclisdə büdcə müzakirələri zamanı bildirdi.
"Bu gün Sumqayıtda aparılan quruculuq işləri gözoxşayan müasir infrastruktur hamıya məlumdur. Ölkə başçısı İlham Əliyevin Sumqayıta qayğısı nəticəsində burada çox böyük layihələr reallaşdırılıb. Şəhər rəhbərliyi ilə Sumqayıtın inkişafı ilə bağlı fundamental işlərə imza atıblar. Buna baxmayaraq bəzi məsələlər var ki, onların həlli istiqamətində işlər görmək, həm də mədəniyyətimizin inkişafına böyük xidmət olardı", - deyən millət vəkili hesab edir ki, kitabxanaların bu gün Sumqayıtda böyük təmirə ehtiyacı var:
"Döşəmələri artıq yararsız hala düşüb. Əsas problemlərdən biri budur ki, Cəfər Cabbarlı adına mədəniyyət evi bu gün qəzalı vəziyyətdədir. Halbuki bu mədəniyyət evi tarixi abidə olaraq qorunmalıdır. Qeyd edim ki, Hacı Zeynalabdin qəsəbəsində də eyni hal yaşanır. 40 mindən çox əhalisi olan qəsəbədə bir dənə də olsun mədəniyyət ocağı yoxdur. Və təsəvvür edin ki, hər dəfə Hacı Zeynalabdin qəsəbəsində tədbirlər hansısa məktəbin akt zalında keçirilir. Mədəniyyət evləri, kitabxanalar yalnız gənclərimizin asudə vaxtlarının səmərəli təşkili, yaxud mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün gərəkli olan məkan deyil, həmçinin maarifçi bir nəslin yetişməsi üçün vacib amillərdən biridir. Xahiş edirəm kii bu məsələlərə diqqət yetirilsin və təmirə ehtiyacı olanlar, məkanlar nəzarətə götürülsün.
Maliyyə nazirimiz Sahil Babayevin burada olmasını səbəbindən elə daha çox ona xitab edirəm. Sahil bəy, mən komitə iclasında məsələ qaldırmışdım, milli kitab mükafatının təsis olunması ilə bağlı. İnanıram ki, siz bu məsələyə həssas yanaşacaqsınız. Çünki bunu dönə-dönə vurğulayırıq, biz siyasətdə sözümüzü demişik, biz idman arenasında sözümüzü demişik.
Amma bu gün bizim, xüsusilə zəfəri qazandığımız bugünkü reallıqda sözümüzü, həqiqətlərimizi bir də bədii təcəssümə ədəbiyyata çevirmək və dünyaya çatdırmağa daha çox ehtiyac var.
Təsəvvür edin ki, 90-cı illərdə, o çətin kataklizmlər dövrlərində Heydər Əliyev ədəbiyyatımızı, mədəniyyətimizi necə zamanın sərt aşınmalarından zədəsiz bütöv çıxara bildi. Və bu gün Akademiyanın 80 illik yubileyində prezident əgər milli dilin qorunması ilə bağlı çağırışlar edirsə, mən bilirəm ki, bu gün xüsusilə kitab siyasətinə xüsusi diqqət yetirilməlidir. Niyə? Çünki bizim kitablarda milli kimliyimiz qorunur, bizim milli yaddaşımız qorunur və xüsusilə dil sərvətimizin qorunmasını da bura əlavə etsək, mənə elə gəlir ki, biz bu məsələləri, yaddaşlı bir nəsil yetişdirmək istəyiriksə, biz bu məsələlərə sərmayə qoymaqdan çəkinməməliyik".
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 20 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















