40 yaşı keçənlərin NƏZƏRİNƏ!
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İnsan orqanizmində 40 yaşdan sonra maddələr mübadiləsinin yavaşlaması, xolesterin səviyyəsinin dəyişməsi, ürək-damar xəstəlikləri riskinin artması və sümük toxumasının zəifləməsi kimi proseslər baş verə bilər.
Avtosfer.az xəbər verir ki, dietoloq Mariyat Muxina bu yaşdan sonra qidalanmaya xüsusi diqqət yetirməyin vacib olduğunu bildirib.
Mütəxəssis ilk növbədə şəkərli içkilərdən və şirniyyatlardan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, sürətli karbohidratların qəbulunu məhdudlaşdırmaq, ağ çörək əvəzinə tam taxıllı məhsullara üstünlük vermək daha məqsədəuyğundur.
Dietoloq trans yağlarla zəngin məhsulların da rasiondan çıxarılmasını məsləhət görüb. Bu kateqoriyaya bəzi bişmiş məmulatlar, çipslər və fast-food məhsulları daxildir. Muxina həmçinin yağlı və emal olunmuş ət məhsullarının, həddindən artıq duzlu qidaların qəbulunu azaltmağı tövsiyə edib. Souslar, konservləşdirilmiş məhsullar və ketçupun da mümkün qədər az istifadə edilməsinin vacibliyini vurğulayıb./news24.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Avqust 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















