42 kilometrlik dəhliz üzrə texniki məsələlər razılaşdırılacaq
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycanla Ermənistan arasında kommunikasiyaların bağlantısının təmin edilməsi üçün nəqliyyat və elektrik kabeli üzrə texniki parametrlər razılaşdırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı ilə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, son bir il ərzində Ermənistan ərazisindən keçən 42 kilometrlik nəqliyyat dəhlizi layihəsinin icrasına hazırlıqla bağlı ABŞ və Ermənistan arasında danışıqlar aparılıb.
Onun sözlərinə görə, dəhlizin giriş və çıxış nöqtələrinin Azərbaycan-Ermənistan sərhədində yerləşməsi layihənin icrasında Azərbaycanla texniki məsələlərin razılaşdırılmasını zəruri edir. Çünki Azərbaycanın kommunikasiya xətləri ilə bağlantı təmin edilmədiyi halda layihənin reallaşdırılmasının məntiqi olmayacaq.
Ceyhun Bayramov qeyd edib ki, ABŞ-nin təşəbbüsü ilə bu məsələlər üzrə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub və noyabrın 6-da qrup fəaliyyətə başlayıb.
Nazirin sözlərinə görə, işçi qrupunun əsas vəzifəsi iki istiqamətdə texniki parametrləri uzlaşdırmaqdır. Bunlara dəmir yolu və avtomobil yolları, eləcə də elektrik kabeli üzrə məsələlər daxildir. Məqsəd müvafiq bağlantıların təmin edilməsidir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 18 Noyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















