Icma.az
close
up
RU
Bakı qəzetinin yaradılmasından 68 il ötür

Bakı qəzetinin yaradılmasından 68 il ötür

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün "Bakı" qəzetinin yaradılmasından 68 il ötür.

"Cebheinfo.az" xəbər verir ki, ilk sayı 1958-ci il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görən "Bakı" qəzeti beş il sonra iyulun 1-də rus dilində şəhər qəzeti kimi fəaliyyətə başlayıb.

Mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatı olan qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyev olub.

Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli - B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər formalaşıb.

Qəzet əvvəlcə kiçik formatda fəaliyyətə başlayıb. Sonradan oxucu marağı, xüsusilə də rus oxucular nəzərə alınıb, onun həcmi genişləndirilərək "Baku" qəzetinin də paralel nəşrinə başlanılıb.

N.İmanquliyev "Bakı" qəzetinin əsasının qoyulması barədə vaxtilə təəssüratlarını belə bölüşüb:

"Bir gün Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırova yeni qəzet yaratmaq istədiyim barədə məktub yazdım. Mənim məktubumu yuxarılara çatdırırlar. Baxılıb qərar çıxarıldı. Onda belə idi ki, bizim Mərkəzi Komitənin hər hansı bir qərarı mütləq Moskvaya göndərilməli idi. Belə də oldu. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindən xahiş olunurdu ki, Azərbaycanın paytaxtı Bakı şəhərində qəzet çıxarılmağa icazə verilsin. Mircəfər Bağırov bir müddət sonra məni çağırıb Moskvanın yeni qəzet çıxarmaq barədəki qərarımızı təsdiqlədiyini dedi".

Qeyd edək ki, bu gün "Bakı" qəzeti Bakı Şəhər İcra hakimiyyətinin dəstəyi ilə dövrün tələbinə uyğun olaraq Baki-Baku.az adı ilə onlayn formatda fəaliyyətini davam etdirir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri