Icma.az
close
up
RU
Peyğəmbərin azərbaycanlı adaşları: Məhəmməd, Muhamməd, Muhammed...

Peyğəmbərin azərbaycanlı adaşları: Məhəmməd, Muhamməd, Muhammed...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər Azərbaycanda yeni doğulan uşaqlara dini-mənəvi dəyərlərdən irəli gələn adların qoyulması tendensiyası müşahidə olunur: Hüseyn, Əli, Yusif, Ömər, Məhəmməd və s.
Statistikaya nəzər salsaq, yeni doğulan oğlan uşaqları arasında Məhəmməd adının ilk “10-luq”da olduğunu görərik.
Məhəmməd İslam peyğəmbərinin adıdır və müsəlman cəmiyyətlərində xüsusi hörmətə malikdir. Ekspertlər deyirıər ki, Azərbaycanda valideynlərin bu adı seçməsində əsas motivlərdən biri peyğəmbərə olan sevgi və ehtiramdır. Bir çox ailələr inanır ki, uşağa bu adı vermək onun həyatına bərəkət, düzgün yol və mənəvi qorunma gətirəcək. Xüsusilə indiki çətin müharibələr, sosial-iqtisadi çətinliklər dönəmində bu cür adlar ümid və dayaq rəmzinə çevrilir.
Bəzi valideynlər üçün isə bu ad bir növ dua kimidir: “Qoy oğlum peyğəmbərin əxlaqına yaxın olsun”, - deyirlər.
Rəsmi statistikaya baxsaq, görərik ki, son illə yeni bir tendensiya da müşahidə olunur: valideynlər yeni doğulan oğlan uşaqların təkcə Məhəmməd adı qoymurlar, Muhammed, Muhammad kimi adlara da üstünlük verirlər.
Ekspertlər deyirlər ki, bu, həm qloballaşmanın, həm də dini kimliyə daha açıq vurğu etməyin nəticəsi kimi dəyərləndirilə bilər.

Eyni adların kütləvi yayılması maraqlı sosial mənzərə yaradır. Məktəblərdə bir sinifdə bir neçə Məhəmməd, universitet auditoriyalarında bir neçə Muhammad, iş yerlərində bir neçə Muhammed ola bilər. Bu isə bəzən fərdiliyin itməsi, insanın adla deyil, ata adı, ləqəb və ya soyadla tanınması kimi nəticələr də doğurur.
Buna baxmayaraq, bir çox ailələr üçün adın unikallığı deyil, daşıdığı mənanın böyüklüyü əsasdır. Onların düşüncəsinə görə, müqəddəs və hörmətli bir adı daşımaq özü-özlüyündə fərqlilikdir.
Modern.az saytı Ədliyyə Nazirliyinin adlarla bağlı statistikasından maraqlı məlumat əldə edib.
Məlum olub ki, yola saldığımız 2025-ci ildə Azərbaycanda yeni doğulan 527 uşağa
Məhəmməd
adı qoyulub.
Bununla yanaşı, 199 uşağa Muhamməd, 73 uşağa Muhəmməd, 29 uşağa Muhammed, 19 uşağa isə Muhammad adı verilib.
Biz hələ Məhəmmədəli, Muhammadali, Muhammedəli kimi digər dini adları demirik. Yeni doğulanların bir xeyli hissəsinə də belə mürəkkəb adlar qoyulub.
Şübhəsiz ki, Məhəmməd adı və onun oxşar formalarının Azərbaycanda bu qədər geniş yayılması sadəcə ad statistikası deyil. Görünür ki, bu, inancdan, mənəvi dayaq axtarışından irəli gəlir. Bu adları daşıyan minlərlə azərbaycanlı uşaq isə istər-istəməz, peyğəmbərin adaşı olmaq kimi ağır bir mirasla böyüyür.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri