Icma.az
close
up
RU
Səkilərin qanunsuz zəbt olunması ilə bağlı tədbir görüldü

Səkilərin qanunsuz zəbt olunması ilə bağlı tədbir görüldü

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda səkilərin qanunsuz zəbt edilməsi və ləğv edilməsi halları ilə bağlı tədbir görülüb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, paytaxtda piyadayönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

"Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.

Lakin görülən işlərə baxmayaraq, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən piyada infrastrukturu ilə bağlı qanun pozuntularına yol verildiyi müşahidə olunur. Belə ki, səkilərin zəbt edilməsi və ya tamamilə ləğv olunması cəhdləri müşahidə edilir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir və belə halların qarşısı dərhal alınır.

Bu cür hallardan biri Bakının Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qeydə alınıb. Sözügedən ərazidə inşa olunan yaşayış binasının ətrafında tikinti şirkəti tərəfindən səkinin qanunsuz şəkildə ləğvinə cəhd edilib və bu da piyadaların hərəkətində ciddi çətinliklər yaradıb. Digər belə hal isə Xəzər rayonu, Binə qəsəbəsi Əli İsazadə küçəsində qeydə alınıb. Belə ki, burada səki ləğv olunaraq parkinq ərazisinə giriş təşkil etməyə cəhd göstərilib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, səkilər bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

Qeyd edək ki, son illər Bakıda piyadalaşma siyasəti geniş miqyas alıb. Şəhərin müxtəlif ərazilərində piyada zonalarının artırılması, səkilərin genişləndirilməsi və ictimai məkanların yenidən təşkili istiqamətində işlər davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də monitorinqlər keçirilərək bu kimi neqativ hallara qarşı tədbirlər görüləcək", - məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri