Icma.az
close
up
RU
43 yaşlı kişi şadlıq evinin həyətində taksi sürücüsünü döydü

43 yaşlı kişi şadlıq evinin həyətində taksi sürücüsünü döydü

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Qaradağ rayonunda 43 yaşlı kişi şadlıq sarayının həyətində onu götürməyə gələn sürücüyə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 26 aprel 2025-ci ildə, saat 21:00-da rayonunu Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən fəaliyyətdə olmayan “Şəms ” şadlıq sarayının həyətində baş verib. 
Neftçala rayon sakini, 1982-ci il təvəllüdlü Əfsun həmin ərazidə tanışı Tapdıq (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs əlləri ilə zərərçəkmiş şəxsin paltarının yaxa hissəsindən tutaraq baş nahiyəsi ilə onun sol qaş nahiyəsinə bir dəfə zərbə vurub. 
Hadisəni törədən Əfsunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Əfsun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, aprelin 26-da, axşam saatlarında Sahil qəsəbəsində “Şəms” şadlıq sarayının yanında olan zaman taksi kimi fəaliyyət göstərən tanışı Tapdığa zəng edib və onu götürməsini xahiş edib: “Bir qədər sonra Tapdıq dediyim yerə gəldi. Həmin vaxt Tapdıq ilə aramızda yol haqqı üstündə mübahisə yarandı və mübahisə zamanı baş nahiyyəm ilə onun sifətindən vurdum”.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 5 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəza çəkmə müddəti ərzində Neftçala rayonunun hüdudlarını tərk etməsi, hər gün axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub. 
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Dekabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri