Icma.az
close
up
RU
44 günlük müharibə Erməni İstintaq Komissiyası niyə “susdu”?

44 günlük müharibə Erməni İstintaq Komissiyası niyə “susdu”?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Paşinyan və komandasının 3 məqsədi

44 günlük müharibə. Ermənistan bu kabusdan qurtula bilmir. Tam əminliklə demək olar ki, ölkədə ötən müddətdə yaşanmış və hazırda yaşanmaqda olan bütün siyasi təbəddülatların səbəbi 44 günlük müharibədir. Baş nazir Nikol Paşinyan administrasiyasına ünvanlanmış ardı kəsilməyən ittihamlar da məhz həmin kabusdan qaynaqlanır.

Məlum olduğu kimi, Ermənistanda 44 günlük müharibə şəraitini araşdıran parlament istintaq komissiyası fəaliyyət göstərib. O komissiya ki, işini başa vurduğu deyilir. Amma gözləntilərin əksinə olaraq, qurumun hesabatı nə müzakirəyə çıxarılıb, nə də açıqlanıb. Durumun belə alınmasının ehtimal etdiyimiz səbəblərindən söz açacağıq. Hələlik isə bəzi məqamları diqqətə çatdıraq.

***

Əvvəla, ondan başlayaq ki, sözügedən komissiyanın hesabatının arxivə göndərilməsinə dair məlumatı Ermənistan parlamentinin mətbuat katibi Movses Arutyunyan verib. Arutyunyan deyib ki, sənədin təqdimolunma müddətində uyğunsuzluq var və buna görə o parlamentin plenar iclaslarının gündəliyinə daxil edilə bilməz.

Açığı, mətbuat katibinin izahı özlüyündə heç nə demir. Necə yəni uyğunsuzluq var? Müddətlərin pozulması halları dedikdə konkret nəzərdə tutulan nədir? Bu kimi suallara cavab yoxdur. Məlum olan komissiya sədri Anrdanik Koçaryanla spiker Alen Simonyan arasındakı fikir ayrılığının mövcudluğudur.

Koçaryan bildirib ki, vaxtilə 44 günlük müharibə ilə bağlı ayrıca istintaq komissiyası fəaliyyət göstərib və onun hesabatı zamanı da müddətlərin pozulması hallarının müşahidə olunmasına baxmayaraq, həmin vaxt müəyyən qərar qəbul edilmişdi. Yəni eyni praktikaya istinad mütləqdir. Onun sözlərinə görə, əgər hesabat mövcuddursa və mövcuddur, deməli, Milli Assambleyanın reqlamentinə əsasən, sənəd plenar iclasın gündəliyində yer almalıdır.

Simonyana gəldikdə, spiker hesab edir ki, məsələnin müzakirəsi qapalı dinləmələr zamanı həyata keçirilməlidir. Hesabat ətrafında yaranmış vəziyyətin şərhini verən Ermənistan parlamentinin Dövlət-hüquq məsələləri daimi komissiyasının sədri Vladimir Vardanyan da sənədin Simonyanla Koçaryan arasında mübahisə predmetinə çevrildiyini yalnız dolayısıyla təsdiqləyib, açıq mesaj verməyib. O bildirib ki, hesabatın gələcək taleyi ilə bağlı qərar qanunvericiliyə, xüsusən dövlət sirrinin qorunması zərurətinə tam uyğundur.

V.Vardanyan parlament sədrinin rəsmi məktubuna cavab olaraq hesabatla əlaqədar hüquqi rəy təqdim etdiyini və həmin rəyin hazırda spikerin ixtiyarında olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, istintaq komissiyası “Vətəndaş müqaviləsi” fraksiyasının təşəbbüsü ilə yaradılıb və qurumun fəaliyyəti məxfi məlumatlarla iş səbəbindən müəyyən gizlilik səviyyəsini nəzərdə tutub. “Sənəd hazırdır və Milli Assambleyadadır. Dövlət sirrinə çıxış icazəsi olan bütün deputatlar onunla tanış ola bilərlər”, - deyən Vardanyan mövzu ilə bağlı əlavə şərh verməkdən çəkinib.

Erməni jurnalistlər Vardanyana hesabatın təqdimedilmə müddətinin pozulması ilə bağlı mövqenin həlledici olub-olmadığı barədə sual ünvanlayıblar. Deputat cavab verərkən deyib ki, komissiya öz səlahiyyətləri çərçivəsində hərəkət edib və “Milli Assambleyanın reqlamenti” qanununun tələbinə uyğun davranıb. O, həmçinin, hansısa mübahisənin mövcudluğunu inkar edib. “Mübahisə yalnız fikir ayrılığı olduqda ola bilər. Bizdə fikir ayrılığı yoxdur, mən qanunla nəzərdə tutulanları çox aydın şəkildə təqdim etmişəm”, - deyən deputat sözügedən hesabatın özündə məxfi məlumatları ehtiva etdiyini bildirib və vurğulayıb ki, onun açıqlamamasına dair qərar optimaldır: “Dövlət sirri hamımız tərəfindən müqəddəs şəkildə qorunmalıdır. Fikrimcə, seçilən qərar hamını qane etməlidir”.

***

Qeyd edək ki, Ermənistanın 44 günlük müharibə şəraitini araşdıran parlament komissiyası 2022-ci ildən fəaliyyətdədir. 2023-cü ildə isə qurumun iş müddəti uzadılmışdı. Həmin vaxt sədr A.Koçaryan bildirmişdi ki, komissiya fəaliyyət göstərdiyi zaman kəsiyində ümumilikdə 4154 ədəd məxfi və yüksək məxfilik dərəcəli 14000 səhifədən çox sənəd əldə edib. Onun sözlərinə görə, araşdırmada dəvət olunmuş mütəxəssislər, hazırkı və keçmiş hərbçilər, yüksək vəzifəli siyasi şəxslər və digərləri iştirak ediblər.

“Müharibə iştirakçılarının və həlak olanların qohumlarının bir çoxu komissiyaya müraciət edib və özəl materiallar təqdim ediblər”, - deyən Koçaryan onu da vurğulamışdı ki, işin gedişində yeni məlumatlar əldə olunduqca, əlavə sənədlər almaq üçün müxtəlif qurumlara yenidən müraciət ünvanlamaq zərurəti yaranır və buna görə qurum əlavə vaxta ehtiyac duyur. Yeri gəlmişkən, Koçaryan iki il əvvəl rəhbərlik etdiyi qurumun fəaliyyət müddətinin altı ay uzadılmasına nail olmuş və bunun sonuncu uzadılma olduğunu vurğulamışdı. Amma hesabat açıqlanmır, baxmayaraq ki, 2024-cü ildə də bu barədə çoxsaylı müzakilər getmiş və onun tezliklə geniş ictimaiyyətə təqdim olunacağı bildirilmişdi.

***

Bəli, bütün bunlara görə hazırda sənədin arxivə göndərilməsi birmənalı qarşılanmır. Müxalifət nümayəndələri gətirilən məxfiliyin qorunması arqumentinin yalnız bəhanə mahiyyəti daşıdığını vurğulayırlar. Onların fikrincə, hesabatın açıqlanmaması ictimaiyyətin və deputatların məlumatalma hüququnun məhdudlaşdırılmasıdır və obyektivliyə ziyan vurur, həmçinin nəzarət mexanizmlərinin vəziyyətini şübhələndirir. Müxalif cəbhə təmsilçiləri, eyni zamanda, deyirlər ki, komissiya işini vaxtında başa çatdırmayıb, gecikmə qurumun qeyri-şəffaflığından qaynaqlanır.

***

Ümumiləşdirmə apararaq, belə nəticəyə gəlmək olar ki, Ermənistanın 44 günlük müharibə şəraitini araşdıran parlament istintaq komissiyasının hesabatının açıqlanmamasına və sənədin müzakirəyə çıxarılmadan arxivə göndərilməsinə dair qərar siyasi məzmun daşıyır. Həqiqətən, durumun əsaslandırılması üçün gətirilən arqumentlər çox zəifdir. Bəs qərar nə üçün açıqlanmadı? Bununla bağlı bəzi ehtimallar üzərində dayana bilərik.

Birincisi, 2022-ci ildə sözügedən komissiya yaradılanda Ermənistan iqtidarının üzərində böyük təzyiq var idi. Müxalifət, bütövlükdə erməni cəmiyyəti 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətin günahkarlarını daha əzmlə axtarmaqda israrlı görünürdü. Belə bir durumda Paşinyan iqtidarı qurumu formalaşdırmaq barədə qərar verdi ki, məsələyə biganə qalmadığını göstərsin.

Erməni hakim komandası zamanında komissiya formalaşdırmaqla, özünün müharibə rüsvayçılığında heç bir günahının olmadığı təəssüratını formalaşdırmağa cəhd göstərdi. Elə indinin özündə də Paşinyan və tərəfdarları məğlubiyyətdə ölkənin eks–iqtidarını ittiham hədəfinə çevirirlər. Amma bu ritorika heç də qüvvətli deyil. Görünür, komissiyanın apardığı iş də ortaya hansısa güclü arqument qoya bilmədi.

İkincisi, istintaq komissiyasının hesabatını saxtalaşdırmaq da mümkünsüzdür, komissiyanın iş müddətini təkrar uzatmaq da. İndiki məqamda həqiqətlərin açıqlanması isə Paşinyan iqtidarına sərfəli deyil. Axı qarşıdan 2026-cı ilin parlament seçkiləri gəlir. Sənəd, istər-istəməz, diqqəti 44 günlük müharibəyə cəmləşdirəcək ki, bu, Nikol və komandasının prosesdəki mövqeyinin zəifləməsi olacaq.

Üçüncüsü, tam mümkündür ki, Ermənistan iqtidarı 44 günlük müharibə reallıqlarını qabardan sənədin Azərbaycanla sülh gündəliyinə zərər gətirəcəyi qənaətindədir. Məğz heç də onda deyil ki, rəsmi İrəvan barış mövzusunda konstruktiv mövqe tutmaqda həvəslidir. Məsələ müharibənin yada salınması ilə erməni cəmiyyətindəki anti-Azərbaycan ritorikanın güclənməsindədir ki, bu da ümumi ab-havaya və Ermənistan rəhbərliyinin hazırkı kursuna zidd təmayüldür. O kursa ki, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Ən başlıcası isə sülh xətti Paşinyan iqtidarı üçün daha ciddi təminatdır. Söhbət hakimiyyətdə qalmaq təminatından gedir ki, bunun xeyli dərəcədə xarici dəstəkdən asılı olduğu gün kimi aydındır.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see289

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see214

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see158

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see155

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see154

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see148

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see147

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see145

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see135

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see134

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see133

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see133

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see132

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see130

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see129

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see129

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see126

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see126

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see125

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri