Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

44 günlük Zəfər: “İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi idi”

44 günlük Zəfər: “İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi idi”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuz Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə inanılmaz uğurlar əldə edib.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən bir çox rayonlarımız, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. 

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. 

“Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin, hərbi peşəkarlığının, xalq-ordu birliyinin, ədalətin, haqqın təntənəsidir”. 

Bu fikirləri “Cebheinfo.az”-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib. 

Millət vəkili qeyd edib ki, bu qələbə gözlənilən idi:

“Çünki Azərbaycan xalqı öz torpaqlarının azadlığı, suverenliyi uğrunda mübarizə aparırdı, ədalətli bir müharibəyə başlamışdı. 44 günlük döyüşdə ordumuzun, xalqımızın cəsarətli addımları, hünəri göstərdi ki, bu, haqq, ədalət uğrunda aparılan mübarizədir. Bu Zəfər Azərbaycana çox böyük uğur qazandırdı . Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Qələbəmiz Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməklə bərabər, həm də milli iradəni və tarixi ədaləti reallaşdırdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəfər tariximizə çox böyük qiymət verərək YAP-ın VIII Qurultayında bildirdi ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, 8 noyabr bizim əbədi bayramımız olacaq. Əlbəttə ki, bu, bir reallıqdır və Azərbaycan xalqının, ordunun iradəsinə, ölkə rəhbərinin qətiyyətinə əsaslanır. Tarixi zəfərimiz həm də dünyaya göstərdi ki, Azərbaycan xalqı sülhpərvərdir.

Sülh, əmin-amanlıq, azadlıq, demokratiya, bərabərlik, dövlətlərin müstəqilliyinə və suverenliyinə sadiqdir və bu mübarizədə də həmin şüar daim əldə rəhbər tutuldu. Tarixi Zəfərimiz həm də dünyaya haqqın, ədalətin qalib gələcəyi mesajını verdi və göstərdi ki, öz torpaqlarının azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan xalq yenilməzdir. Onun iradəsini qırmaq heç vaxt mümkün deyil”. 

Millət vəkilinin sözlərinə görə, bu qələbə həm də dünyada təcavüzə, işğala önəm verənlərə, ədalətin, haqqın üzünü göstərdi:

“Çünki Azərbaycan xalqı 30 il işğal məhrumiyyətlərinə məruz qaldı, insanlar əziyyətlər yaşadı. Ancaq bu illərdə bizim sözümüzü deyən, haqqımızı səsləndirən, köməyimizə gələn dövlətlər olmadı. Beynəlxalq təşkilatlar bu təcavüzə lazımi qiymət vermədilər və Azərbaycan çətinliklər içərisində özünün ordusunu yaratmağa, xalqını birləşdirməyə məcbur oldu. Zəfərə aparan yolun sərkərdəsi, Ali Baş Komandanımız cənab İlham Əliyevdir, xalqın birliyidir, ordunun sücaətidir, insanlarda torpağa, vətənə yaradılan sonsuz məhəbbətdir”. 

O bildirib ki, Vətən müharibəsi heç vaxt unudulmayacaq: 

“44 günlük mübarizə, 23 saatlıq antiterror tədbirləri tarixin səhifəsinə qızıl hərflərlə yazılıb. Heç vaxt silinməz, unudulmazdır. Bugünlərdə xalqımız öz Zəfər bayramını böyük qürur və iftixarla qeyd edir. Çünki zəfərə aparan yol çətin məhrumiyyətlərdən, sınaqlardan keçib. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı nəticəsində əldə edilib. Onu qorumaq, vətənin nailiyyətlərini artırmaq, Zəfərə gedən yolu daha da nurlandırmaq hər birimizin borcudur. Azərbaycan xalqı da bu gün bu inam və qələbə uğrunda yaşayır, yaradır və gələcəyə inamla baxır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: 44 gün Tahir Rzayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri