Britaniya Kralının qardaşı Endryu kirayədən ayda 2 min funt sterlinqdən çox gəlir əldə edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
London, 6 noyabr, AZƏRTAC
Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun “Royal Lodge” iqamətgahının ərazisində yerləşən kottecləri kirayəyə verərək ayda 2 min funt sterlinqdən çox gəlir əldə etdiyi məlum olub.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə Britaniya parlamentinin Dövlət Hesabları Komitəsinin dərc etdiyi hesabatda bildirilir.
Hesabata əsasən, keçmiş York hersoqu 22 il ərzində yaşadığı iqamətgahın ərazisindəki koteclərdən birini kral ailəsi üçün çalışan kirayəçiyə bazar qiymətindən aşağı məbləğə icarəyə verib.
2021-ci ilin sonlarından etibarən bir ildən az davam edən müddət ərzində Endryu ümumilikdə üç koteci kirayəyə verib. Bu əmlaklardan əldə olunan aylıq gəlir təmir və digər xərclər çıxılmadan 2 min funt sterlinqdən bir qədər çox olub. Hesabatda qeyd edilir ki, kirayə haqları kirayəçilərin əməkhaqqının müəyyən faizi əsasında hesablanıb və bazar qiymətlərindən aşağı olub. Eyni zamanda, Endryu iqamətgahın icarəsi üçün yalnız simvolik məbləğ ödəyib.
Qeyd edək ki, Endryu Mauntbatten-Vindzor amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafında yaranan qalmaqaldan sonra 22 il yaşadığı “Royal Lodge” iqamətgahını tərk etməyə məcbur olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 06 Noyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















