Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

44 günlük zəfərdən BMT tribunasına: Prezidentin çıxışı ədalətə əsaslanan yeni dünya düzəni çağırışıdır

44 günlük zəfərdən BMT tribunasına: Prezidentin çıxışı ədalətə əsaslanan yeni dünya düzəni çağırışıdır

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

44 günlük Vətən Müharibəsində əldə olunan tarixi qələbədən sonra Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Bu qələbə təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də ölkəmizin mövqelərini gücləndirdi. Məhz bu fon üzərində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının tribunasından etdiyi çıxış Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməsini bütün dünyaya bildirdi. Müharibədən sonrakı dövrdə Azərbaycan sülh təşəbbüsləri ilə çıxış etdi, 2022–2025-ci illərdə aparılan danışıqlar nəticəsində Vaşinqtonda sülh müqaviləsinin paraflanması bu prosesin məntiqi davamı oldu. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun elan edilməsi və ABŞ Prezidentinin 907-ci düzəlişin icrasını dayandırması haqda qərarı isə Azərbaycan–ABŞ münasibətlərində etimadın möhkəmlənməsinə xidmət edən mühüm addımlar kimi qiymətləndirildi. Prezident İlham Əliyevin Nyu-Yorka səfəri də bu tarixi kontekstin davamı olaraq, həm Azərbaycanın beynəlxalq sistemdə artan rolunu, həm də yeni dövrün – müharibədə və sülhdə qazanılmış qələbələrin diplomatik təsdiqini əks etdirir.

Azərbaycan dayanıqlı həllərə sadiqliyini həm regional təşəbbüslərlə, həm də COP29-da əldə olunan nəticələrlə nümayiş etdirdi. Bununla yanaşı, Prezident İlham Əliyevin vurğuladığı kimi, yaşıl keçidə sadiqliklə yanaşı, qeyri-real hədəflər qarşıya qoyulmamalıdır, çünki bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşamaq mümkün deyil.

Enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi Azərbaycan Xəzər regionunu beynəlxalq bazarlara birləşdirən strateji rol oynayır və öz mövqeyini möhkəmləndirməyə davam edir.


Millət Vəkili Naqif Həmzəyev Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi nitq Azərbaycanın müasir tarixindəki dönüş nöqtələrini və gələcək perspektivlərini əks etdirən mühüm sənəd kimi qiymətləndirilir:


"Ölkə başçımızın BMT tribunasındakı çıxışı Azərbaycanın otuz illik işğal faciəsindən qələbəyə aparan yolun ətraflı təsvirini verməklə başladı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının öz doğma yurdlarından didərgin salınması, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsi və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti kimi faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq humanitar hüquqa tam riayət etməsi, mülki əhalinin qorunması və qeyri-hərbi obyektlərin hədəfə alınmamasından çəkinməsi xüsusi vurğulandı. Bu, Azərbaycanın hərbi əməliyyatları apararkən belə beynəlxalq hüquq normalarına sadiq qaldığının sübutudur. 2020-ci ildən sonra Azərbaycanın sülh prosesinə yanaşması çıxışın ən diqqət çəkici hissələrindən birini təşkil etdi. Ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmaq təşəbbüsü, beş təməl prinsipə əsaslanan sülh müqaviləsi layihəsinin təqdimi beynəlxalq diplomatiyada Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirdi. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda əldə edilən tarixi razılaşmalar xüsusi önəm daşıyır. Sülh müqaviləsinin paraflanması, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması və Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan addımlar regionda yeni geopolitik reallıqların formalaşdığından xəbər verir".


Deputat əlavə edib ki, Prezidentin çıxışında Azərbaycanın qlobal iqlim proseslərində oynadığı rol xüsusi yer tutdu:

"COP29-a ev sahibliyi etməklə əldə edilən nəticələr - Bakı Maliyyə Hədəfi, Paris Sazişinin 6-cı maddəsinə uyğun karbon bazarlarının formalaşması və İtki və Zərərlərə Cavab Fondunun fəaliyyəti - Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı lider mövqeyini təsdiqlədi. Lakin prezident həm də realist yanaşmanın vacibliyini vurğuladı. Dünyanın bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməyəcəyini qeyd edərək, yaşıl keçidə sadiq qalmaqla yanaşı, real olmayan hədəflər qoymamanın vacibliyini xatırlatdı.

Azərbaycanın enerji sahəsindəki nailiyyətləri çıxışın diqqət çəkici hissəsini təşkil etdi. 14 ölkəyə təbii qaz ixracı, boru kəməri vasitəsilə qaz təmin edən ölkələr sırasında birinci yer, həmçinin Suriyaya enerji təchizatı kimi yeni istiqamətlərdəki fəaliyyət Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu göstərir. Bərpaolunan enerji mənbələrinə sərmayələr və 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin edilməsi hədəfi ölkənin enerjidə şaxələndirmə strategiyasının uğurla həyata keçirildiyindən xəbər verir. Orta Dəhlizdə yükdaşımaların 90 faiz artması, Ələt Beynəlxalq Ticarət Limanının genişləndirilməsi, "Rəqəmsal İpək Yolu" layihəsi kimi təşəbbüslər Azərbaycanın beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilməsinin sübutudur. Xəzərin dibi ilə fiber-optik kabel şəbəkəsinin qurulması planları regionda rəqəmsal transformasiyanın yeni mərhələsinin başlanğıcını elan edir. Yoxsulluq və işsizliyin tarixi minimum həddə - 5 faizə endirilməsi, beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın reytinqinin artırılması, xarici borcun ÜDM-in cəmi 6,5 faizini təşkil etməsi ölkədə iqtisadi sabitliyin və güclü fiskal intizamın nəticəsidir".


Naqif Həmzəyev qeyd edib ki, çıxışda Ermənistanın yerləşdirdiyi minaların yaratdığı təhlükə, dörd minə yaxın itkin düşmüş azərbaycanlının taleyi və Xəzər dənizinin ekoloji problemləri kimi humanitar məsələlər də gündəmə gətirildi:

"Eyni zamanda, Azərbaycanın COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə göstərdiyi yardım qlobal məsuliyyət hissinin nümunəsidir. Prezidentin çıxışı "ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı" dünya qurmaq çağırışı ilə yekunlaşdı. Bu, təkcə Azərbaycanın daxili transformasiyası deyil, eyni zamanda beynəlxalq münasibətlərdə ədalət və qanunauyğunluğa əsaslanan yeni dünya düzəni üçün konstruktiv təklifdir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın keçdiyi tarixi yolu - işğaldan azadlığa, münaqişədən sülhə, izolyasiyadan qlobal inteqrasiyaya aparan transformasiyanı əks etdirən hərtərəfli sənəddir. Bu çıxış həm ölkənin nailiyyətlərinin təqdimatı, həm də gələcək üçün böyük planların elanı kimi qiymətləndirilməlidir. Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaq, konstruktiv diplomatiya aparmaq və eyni zamanda öz milli maraqlarını qətiyyətlə müdafiə etmək mümkündür. Bu, təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün dəyərli təcrübədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri