44 milyard dollarlıq sərvət sahibi öldü
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Alman milyarder, iş adamı və logistika sektorunun tanınmış simalarından olan Klaus-Mixael Kühne 89 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Almaniya mediası onun ailəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Kühne ölümündən təxminən 10 gün əvvəl İsveçrənin Şindellegi kəndinə gedib. Bu müddətdə onun səhhəti pisləşib və həkim nəzarətində olub. İş adamı bazar ertəsinə keçən gecə vəfat edib.
Klaus-Mixael Kühne dünyanın ən böyük logistika şirkətlərindən biri olan Kühne + Nagel şirkətinin əsas səhmdarı olub. O, ailə biznesini qlobal logistika nəhənginə çevirib və uzun illər şirkətə rəhbərlik edib.
Kühne həmçinin Lufthansa, Hapag-Lloyd, Brenntag və Flix kimi böyük şirkətlərdə əhəmiyyətli paylara sahib idi. Forbes onun sərvətini 44 milyard dollardan çox qiymətləndirib.
Kühne + Nagel şirkətinin Direktorlar Şurasının sədri Yörq Volle onun ölümünü şərh edərək Kühneni “uzaqgörən, böyük sahibkar və təsirli şəxsiyyət” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 Avqust 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















