44 yaşlı supermodel üçüncü dəfə ana oldu
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Supermodel Jizel Bündhen üçüncü dəfə ana olub.
Redaktor.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Jizel Bundhen və Xoakim Valente valideyn olublar, lakin nəşrin insayderi uşağın doğum tarixini, cinsini və ya yerini açıqlamayıb. Supermodel də xəbərə rəsmi münasibət bildirməyib.
Oktyabrın sonunda "People" jurnalı Jizel Bündhenin 2023-cü ilin iyun ayından bəri görüşdüyü 37 yaşlı Xoakim Valentenin uşağına hamilə olduğunu bildirib. Supermodelin futbolçu Tom Bredidən Benjamin Reign adlı oğlu və Vivian Lake adlı qızı da var.
Bundan əvvəl “In Touch Weekly” tabloidi yazmışdı ki, Jizel Bündhen və Xoakim Valente uşaqları dünyaya gəldikdən sonra Kosta Rikada təvazökar toy planlaşdırırlar. İnsayderin sözlərinə görə, şənliyə Braziliyadan ən yaxın qohumlar dəvət olunacaq. Mərasim portuqal dilində keçiriləcək.
Turan İSMAYIL
Baxış sayı:94
Bu xəbər 05 Fevral 2025 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















