Azərbaycanda kiçik sahibkarlara yeni güzəşt gəlir
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsində yeni güzəşt mexanizmi nəzərdə tutulur.
Güzəşt 5 il müddətinə, vergi ili üzrə əmək münasibətləri pozulmadığı halda tətbiq olunacaq.
Qurumdan bildirilib ki, bu yanaşma kiçik sahibkarların fəaliyyətini sabitləşdirəcək, dövriyyənin süni şəkildə azaldılmasının qarşısını alacaq və rəsmi məşğulluğun qorunmasına şərait yaradacaq. Eyni zamanda, vergi borcu olmayan, əmək münasibətlərini pozmayan və stabil fəaliyyət göstərən subyektlərin dəstəklənməsi sahibkarların vergi öhdəliklərini könüllü yerinə yetirməsinə təkan verəcək.
Nümunə üçün: 2026-2027-ci illərdə kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərən müəssisənin 2026-cı ildə dövriyyəsi 500.000 manat, 2027-ci ildə isə 700.000 manat olub. Yəni illik dövriyyə əvvəlki illə müqayisədə artıb. 2027-ci ildə müəssisənin xərclərinin 300.000 manat olduğu nəzərə alınmaqla, 80.000 manat mənfəət vergisi hesablanıb. Müəssisənin dövlət büdcəsinə vergi borcu olmadığı və əmək münasibətlərini pozmadığı təqdirdə, yeni güzəşt mexanizminə əsasən, 2027-ci ildə həmin vergi məbləğinin 25 faizi (20.000 manat) azaldılır və müəssisə 80.000 manat əvəzinə 60.000 manat vergi ödəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 24 Noyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















