Icma.az
close
up
RU
455 kilometr yolu 5 saat 36 dəqiqəyə qət edən SÜRƏT QATARININ YAŞATDIĞI SEVİNC...

455 kilometr yolu 5 saat 36 dəqiqəyə qət edən SÜRƏT QATARININ YAŞATDIĞI SEVİNC...

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Ötən gün ölkədə bayram bayrama qarışmışdı desək yanılmarıq. Bölgələrdə 15 iyun Milli Qurtuluş Günün qeyd edildiyi bir vaxtda Azərbaycan Dəmir Yolları da öz sərnişinlərini sevindirməyi bacardı. Belə ki, həmin gün daha bir tarixi an yaşanaraq Bakıdan Qazaxa ilk dəfə yeni sürət qatarı yola düşdü. 

BAKU.WS xəbər verir ki, Bakı-Qazax sürətli sərnişin qatarının ilk sərnişinləri vətəndaşlarımızla yanaşı, media və mətbuat nümayəndələri, o cümlədən Azərbaycan Dəmir Yolları rəsmiləri oldu. 

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında Bakı-Qazax-Bakı dəmir yolu marşrutunun bərpasının Qazax rayonunun inkişafına müsbət təsir göstərəcəyini bildirib:

"Bakı-Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verəcək. Bununla da Qazax rayonunun əhalisi də daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edəcək. 2019-cu ilə qədər Qazax istiqamətində hərəkət edən qatarlar yataq tipli qatarlar idi. İndiki qatarlar isə oturacaq tiplidir. Qatarlar gündə iki dəfə - səhər və axşam hərəkət edəcəklər. Bu sürət qatarının da istismara verilməsindən sonra ADY 10 minə yaxın daha çox sərnişin daşıyacaq".

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə yeni sürət qatarının rayonda yeni iqtisadi aktivliyə səbəb olacağını vurğulayıb:

"Ümumi olaraq dəmir yolu daşımaları komfortlu və sürətlidir. Hər yeni məntəqənin əlavə olunması yeni fürsətlər yaradır və yeni iqtisadi aktivliyə səbəb olur. Düşünürəm ki, ümumi olaraq bu hadisə regionlararası inteqrasiyaya da müsbət təsir edəcək".

İsveçrənin "Stadler Rail" şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarda sərnişinləri rahatlığı və təhlükəsizliyi tam şəkildə təmin edilib.

Müasir texnologiyalarla təchiz olunan nəqliyyat vasitəsi ekoloji baxımdan da yüksək standartlarına cavab verir.

Bütün bunlar qatarın ilk sərnişinlərində xoş emosiyalar yaradıb. Onların saytımıza verdiyi səmimi açıqlamalar bunu bir daha sübut edir.

Sərnişin Ozal Feyzili BAKU.WS-ə açıqlamasında yeni sürət qatarlarının ölkəmizin turizm potensialını genişləndirəcəyinə diqqət çəkib:

"Biz ölkəmizin nəqliyyat fəaliyyətində mühüm və əlamətdar bir hadisənin - yeni Bakı-Qazax-Bakı sürət qatarının istifadəyə verilməsinin şahidi oluruq. Bu mühüm layihə dövlətimizin iqtisadi inkişaf strategiyasına, regionların sosial rifahının yüksəldilməsinə xidmət edir.

Yeni sürət qatarı ilə səyahət müddəti xeyli qısalacaq, insanlar daha rahat, təhlükəsiz və komfortlu şəraitdə öz ünvanlarına çatacaqlar. Bu layihə təkcə vətəndaşlarımızın gündəlik həyatını asanlaşdırmaqla kifayətlənməyəcək, həm də ölkəmizin turizm potensialını genişləndirəcək, yeni iqtisadi imkanların yaranmasına zəmin yaradacaq".

Bələdçilər də yeni sürət qatarından ilk dəfə istifadə edən sərnişinlər qədər həyəcanlı və sevincli idi.

İlkin təəssüratlarını BAKU.WS mikrofonuna danışan bələdçi Lalə Zamanova vətəndaşlarımızın sürət qatarına marağının kifayət qədər böyük olduğunu vurğulayıb: 

"Bu gün Bakı-Qazax-Bakı marşurutu üzrə sürət qatarı ilk dəfə Qazaxa yola düşür. Bu tarixi ana şahidlik etmək mənim üçün çox sevindirici və qürurverici haldır. "Azərbaycan Dəmir Yolları" QSC-nin yeni əməkdaşlarındanam. Hazırda bu qatarda xidmət etməkdən çox məmnunam. İlk gün olmasına baxmayaraq sürət qatarından istifadə edən vətəndaşlarımız kifayət qədərdir. Belə olan halda biz də çalışırıq ki, xidmətlərimizlə sərnişimlərimizi məmnun edək".

Yeni sürət qatarının sərnişinləri arasında  müxtəlif yaş kateqoriyalarına aid vətəndaşlarımız yer alıb. Qatarın kiçik sərnişin, 6 yaşlı Fəmilə Rüstəmli də saytımızla öz sevincini bölüşüb. O bu hadisəyə görə xoş hisslər keçirdiyini deyib:

"Mən şagirdəm, qatardan həmişə istifadə edirəm, lakin bu dəfə Bakı-Qazax-Bakı sürət qatarından ilk dəfədir ki, istifadə edirəm. Anamla birlikdə Gəncəyə gedirik. Bu sürətli qatardır deyə əvvəlki vaxtdan tez çatacağıq. Buna görə də çox sevinirəm".

Murad Muradov da yeni qatarla sərnişinlərin ünvana daha asan və daha qısa müddətdə çata biləcəyini qeyd edib:

"Mən ilk dəfədir ki, Gəncəyə işlə bağlı deyil, istirahət üçün gedirəm. Ona görə də ilk dəfədir Bakı-Qazax-Bakı sürət qatarından istifadə edirəm. Çox sevindirici haldır. Bu qatarla istədiyimiz ünvana tez çata biləcəyik. Mən əsasən xaricdə daha çox  qatardan istifadə edirəm. Lakin indi öz ölkəmizdə də istifadə edəcəm. Bu layihəni həyata keçirənlərə minnətdarlığmı bildirirəm".

Sürət qatarı ilə Bakıdan Qazaxa yola düşən sərnişinlər qədər əks istiqamətdə səfər edən sərnişinlər də bu tarixi hadisədən məmnun idilər.

Qazaxdan Bakıya yola düşən sərnişin Elmir Çobanov bu anı çoxdandı gözlədiyini vurğulayıb:

"Çox sevincliyik ki, Qazaxdan Bakıya da sürətli qatar fəaliyyətini bərpa etdi. Uzun müddət idi biz bu anı gözləyirdik. Artıq bizə də burdan istədiyimiz yerə rahat getmək qismət oldu. Hazırda Bakıya gedirəm. Mən hər ay demək olar ki, davamlı şəkildə sürət qatarından istifadə edirəm. Təmizliyi, rahatlığı və bizə göstərilən xidmət təqdirəlayiqdir. Mən buna görə Azərbaycan Dəmir Yollarına təşəkkür edirəm".

Bakıdan Qazaxa səfər edən sərnişin Hüseyn Qurbanov isə sürət qatarının həm rahatlığından, həm də vaxta xeyli qənatindən danışıb:

"Mən mütəmadi olaraq qatardan istifadə edirəm. Qatara həmişə Ağstafa rayonundan minirdim. Qazaxın kəndindən ora getmək çətin olurdu, yol uzaq idi. Lakin indi vaxta qənaət edə biləcəyik. Yeni sürət qatarının komfortu, dizaynı isə çox gözəldir".

Müasir tələblərə cavab verən sürət qatar, bələdçilərin xoş, gülərüz, yüksək xidməti və simasında sevinc hissi yaranan vətəndaşlarımızın məmnuniyyəti... Nəticənin belə olması biz media və mətbuat nümayəndələrini də sevindirir. 

Azərbaycan Dəmir Yollarının yeni sürət qatarlarından istifadə edən bütün vətəndaşlarımıza uğurlu, təhlükəsiz yol arzu edirik!

Qalereya

Zöhrə Pənah

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri