Icma.az
close
up
RU
4,7 milyardlıq azalma: DGK büdcəyə niyə daha az pul verir?

4,7 milyardlıq azalma: DGK büdcəyə niyə daha az pul verir?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 4 milyard 748 milyon manat təşkil edib. 

Maliyyə Nazirliyinə məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % azdır. Gömrük daxilolmaları proqnozdan 1,6 % az icra edilib. Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 9 ay ərzində həmin məbləğin 71,9 %-i təmin olunub. 

Bu azalma hansı səbəblərlə əlaqədardır? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən iqtisadçı- ekspert Akif Nəsirli bildirib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalarının azalması bir neçə iqtisadi və struktur amillərin təsiri ilə izah oluna bilər: 

“Əvvəla, idxal həcmlərinin son aylarda müəyyən qədər azalması gömrük rüsumlarının əsas gəlir mənbəyini zəiflədib. Bu, həm xarici ticarət dövriyyəsindəki yavaşlama, həm də daxili bazarda tələbin zəifləməsi ilə bağlıdır.

Bununla yanaşı, bəzi məhsul qruplarına tətbiq edilən gömrük güzəştləri, o cümlədən sənaye və kənd təsərrüfatı istiqamətli idxal üçün azaldılmış tariflər də büdcə daxilolmalarının artım tempini zəiflədir. Digər tərəfdən, gömrük orqanlarında şəffaflıq və elektron nəzarət mexanizmlərinin gücləndirilməsi “kölgə əməliyyatları”nın azalmasına səbəb olur ki, bu da ilkin mərhələdə rəsmi gəlirlərin müəyyən qədər azalması ilə müşahidə oluna bilər”. 

Onun sözlərinə görə, dövlət büdcəsinin gəlir planında müəyyən korrektlərə ehtiyac yarana bilər:

“Maliyyə mütəxəssisləri bildirirlər ki, gömrük daxilolmalarındakı 3,7 faizlik azalma hələ kritik göstərici deyil. Lakin bu meyil ilin sonuna qədər davam edərsə, dövlət büdcəsinin gəlir planında müəyyən korrektlərə ehtiyac yarana bilər. Belə vəziyyətdə hökumət, adətən, xərcləmələrinprioritetləşdirilməsi siyasətinə keçir, sosial öhdəliklər qorunur, lakin investisiya və infrastruktur layihələrinin icrası mərhələli şəkildə tənzimlənir. 

Hesab edirik ki, idxalın azalması təkcə büdcə üçün deyil, həm də istehlak bazarı üçün siqnaldır. Bu, ya daxili tələbin zəifləməsini, ya da istehsalın müəyyən dərəcədə yerli resurslarla əvəzlənməsini göstərə bilər. Hər iki halda büdcə gəlirlərinin sabit saxlanması üçün vergi daxilolmalarının və qeyri-neft sektorundan gəlirlərin artırılması əsas alət olaraq qalır”. 

İqtisadçı Xalid Kərimli bildirib ki, idxalın azalmasının əsas səbəblərindən biri ölkə iqtisadiyyatında artım tempinin zəifləməsidir:

“2025-ci ilin ilk 8 ayına dair statistik göstəricilərə əsasən, Azərbaycanda cəmi 0,9 faiz iqtisadi artım qeydə alınıb. Bu isə iqtisadi aktivliyin əvvəlki illərlə müqayisədə azaldığını göstərir. 

İdxal, adətən, o halda artır ki, iqtisadi subyektlər bu məhsulları ya daxildə emal edib satsınlar, ya da üzərinə əlavə dəyər qoyaraq bazara təqdim etsinlər. Lakin hazırda nəzərdə tutulan iqtisadi artım tempi müşahidə olunmur. Bununla yanaşı, pərakəndə ticarət dövriyyəsində 3,7 faiz artım qeydə alınsa da, bu artım əsasən daxili inflyasiya hesabına baş verib. 

Mərkəzi Bankın iqtisadçılarla keçirdiyi son görüşdə qeyd olunub ki, hazırda ölkədə müşahidə edilən inflyasiyanın təxminən 60 faizi idxal mənşəlidir. Bu da o deməkdir ki, daxili tələbatın mühüm hissəsi xaricdən gətirilən məhsullar hesabına formalaşır. Ötən illə müqayisədə iqtisadi artımın zəifləməsi idxala olan tələbatı da azaldıb”. 

Onun fikrincə, digər mühüm amillərdən biri isə investisiya qoyuluşlarında azalma ilə bağlıdır.  İlin birinci yarısında dövlət büdcəsi xərclərinin də nəzərdə tutulandan az icra olunması bu tendensiyanı gücləndirib. 

Ekspert qeyd edib ki, hökumət büdcə xərclərini daha ehtiyatla aparır: 

“Mətbuatda yer alan məlumata görə, dövlət büdcəsində profisit, yəni artıq vəsait yaranıb. Bu isə onu göstərir ki, hökumət büdcə xərclərini daha ehtiyatla aparır. Burada məqsəd lazımsız xərclərin qarşısını almaq deyil, ümumi iqtisadi qeyri-müəyyənliyə qarşı daha ehtiyatlı maliyyə siyasəti həyata keçirməkdir. Nəticə etibarilə, büdcə vəsaitlərinin tam icra olunmaması idxala olan tələbatı aşağı salır. 

Azərbaycan iqtisadiyyatı struktur etibarilə idxaldan çox asılıdır. Ölkə daxilində dəyər yaratma imkanları məhduddur. Neft və qaz sektorunu çıxsaq, qeyri-neft sahələrində yüksək dəyər yaradan sənaye və ya kənd təsərrüfatı sahələri hələ də məhdud miqyasda fəaliyyət göstərir. Məsələn, quşçuluq sahəsində 75 faiz təminat olsa da, bu istehsalın tərkibində istifadə olunan yem, dərman və digər əlavələrin əhəmiyyətli hissəsi idxaldan asılıdır. 

Bu isə o deməkdir ki, istehsalda formalaşan dəyər zənciri xaricdə başlayır. Digər amil isə gömrük rüsumları ilə bağlıdır. 2025-ci ildə əvvəlki illərlə müqayisədə gömrük güzəştləri azalıb. 2023 və 2024-cü illərdə tətbiq edilən vergi və rüsum güzəştləri bu il geniş tətbiq olunmur. 

Ciddi investisiya layihələrinin təxirə salınması, dövlət büdcəsinin xərclənməsində ehtiyatlı yanaşma və iqtisadi artım tempinin aşağı düşməsi idxal həcminə də mənfi təsir göstərib. Bu səbəbdən də gömrük rüsumlarının toplanmasında müəyyən azalma müşahidə olunur”. 

Gülər 
"Cebheinfo.az" 

Açar sözlər: Dövlət Gömrük Komitəsi Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri