49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
Icma.az, Marja.az saytına istinadən bildirir.
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Bölgələrdə fəaliyyət göstərərək aqrar sığortanın xidmətindən istifadə edən daha bir fermerin zərəri sığorta tərəfindən ödənilib.
Xatırladaq ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq (akvakultura) təsərrüfatlarını sığortalayır. Fermerlərə dəstək məqsədilə bu zaman sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Təsərrüfatlarını güzəştli şərtlərlə sığortalayan sahibkarlar zərərlə üzləşdikdə onların zərəri aqrar sığorta tərəfindən qarşılanır.
Aqrar Sığorta Fondu Hacıqabul rayonundan olan fermer Rasim Allahverdiyevə arpa sahəsinə dəymiş zərər üzrə 2 931 manat sığorta ödənişi həyata keçirib. Fermerin Rəncbər kəndində yerləşən, güzəştli şərtlərlə sığortaladığı 5,11 hektarlıq arpa sahəsində sel-subasma hadisəsi baş verib. Müstəqil aqrar sığorta ekspertinin rəyinə əsasən, hadisə nəticəsində əkin sahəsinə 82% zərər qeydə alınıb.
Zərər dərəcəsi və azadolma məbləği nəzərə alınaraq fermerə 2 931 manat sığorta ödənişi edilib. Qeyd edək ki, dövlət dəstəyi nəzərə alınmaqla, əkin sahəsinin hər 1 hektarının sığortalanması fermerə 9,7 manata, ümumilikdə bütün əkin sahəsinin sığortası isə 49,6 manata başa gəlib.
Fermer Rasim Allahverdiyev aqrar sığorta ödənişindən və ümumilikdə Aqrar Sığorta Fondunun fəaliyyətindən razılığını bildirib, digər fermerləri də təsərrüfatlarını qorumaq üçün sığortalamağa çağırıb.
Xatırladaq ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən Hacıqabul rayonundakı fermer və təsərrüfatlara ümumilikdə 725 190 manat sığorta ödənişi həyata keçirilib və bu məbləğ hər ay artmaqdadır.
AqrarSığortaFondufermerlərivə təsərrüfatsahiblərini özheyvanlarını, eləcə də payızlıqəkinlərdövründə əkinsahələrini, tarlabitkilərinivə meyvə bağlarını, həmçininheyvandarlıqtəsərrüfatlarını dövlətingüzəştlisığortamexanizmivasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Noyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















