DTX nin həbs etdiyi keçmiş icra başçısının əmlakı üzərinə həbs qoyuldu SİYAHI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin əmlakı üzərinə həbs qoyulub.
Redaktor.az xəbər verir ki, icra başçısının mülklərinin demək olar, hamısı Bakıda yerləşir:
1. Bakıda fərqli ünvanlarda bir neçə mənzil;
2. Bağ evi;
3. Qeyri-yaşayış sahələri (obyektlər);
4. Üç bahalı minik avtomobili;
5. Doğulduğu Göyçay rayonunda bağ evi.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında üzərinə həbs qoyulan əmlakların ümumi qiyməti 3 milyon manata yaxındır.
Artıq DTX bu iş üzrə istintaqı bitirib. İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (mənimsəmə-külli miqdarda), 311.3.2, 311.3.1, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə yekun ittiham verilib. Bu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur.
Eks-icra başçısının işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq. İlk məhkəmə gələn cümə keçiriləcək.
Qeyd edək ki, İslam Rzayev ötən il DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib (qafqazinfo).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 25 Noyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















