Icma.az
close
up
RU
Şamaxı Astrofizika Rəsədxanasında növbəti elmi seminar keçirilib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti elmi seminar keçirilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

XQ xəbər verir ki, seminarda Qazaxıstanın Fesenkov adına Astrofizika İnstitutunun əməkdaşı Nadejda Vaydman və Əl-Fərabi adına Qazax Milli Universitetinin əməkdaşı Şahida Nurmaxametova “Qalaktikanın B və A spektral sinifli ifratnəhəng ulduzlarının tədqiqi” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzədə ifratnəhəng ulduzların təkamülünün mühüm mərhələlərindən biri olan ifratnəhənglər mərhələsi, bu ulduzların fundamental parametrlərinin təyini və effektiv temperaturun müəyyən edilməsi üçün yeni empirik kalibrləmə üsullarının işlənib hazırlanmasından bəhs olunub.

Bildirilib ki, isti ifratnəhəng ulduzların effektiv temperaturunun təyinində lokal termodinamik tarazlıqdan kənar (qeyri-LTT) atmosfer modellərinin tətbiqi mürəkkəb və əziyyətli prosesdir. Bu baxımdan, ifratnəhənglərin seçmələrinin tədqiqində spektral xətlərin ekvivalent enləri, mərkəzi dərinlikləri və onların nisbətləri əsasında qurulan empirik kalibrləmələr daha operativ ilkin qiymətləndirmə aparmağa imkan verir. Təklif olunan üsul qeyri-LTT analizini tamamilə əvəz etməsə də, ulduzların effektiv temperaturlarının ilkin təyini üçün əlverişlidir.

2011-ci ildən həyata keçirilən tədqiqat proqramı çərçivəsində B0–A5 spektral və I–II işıqlıq siniflərinə aid 130-dan çox ulduzun 1100-dən artıq spektri əldə edilib. Spektrlər vahid metodika əsasında işlənib, spektral xətlərin parametrlərinin avtomatlaşdırılmış ölçülməsi üçün MERLIS proqram təminatı hazırlanıb. Alınmış nəticələr əsasında 8400–14700 K temperatur intervalını əhatə edən empirik kalibrləmələr qurulub.

Tədqiqat zamanı Gaia DR3 kataloqunun astrometrik məlumatları əsasında 132 ulduza qədər məsafə müəyyən edilib, onlardan 119-nun məsafəsi etibarlı hesab olunub. 84 ulduz üçün Hersşprunq–Rassel diaqramı qurulub. Müşahidə nəticələrinin Cenevrə təkamül modelləri ilə müqayisəsi əsasında ulduzların başlanğıc kütlələrinin 7–25 Günəş kütləsi, yaşlarının isə 8–57 milyon il intervalında olduğu müəyyən edilib. Həmçinin işıqlığı nisbətən aşağı olan və ifratnəhənglər sinfinə aid edilməsi şübhə doğuran 8 obyekt müəyyənləşdirilib.

Seminarda, həmçinin O, B və A spektral siniflərinə aid 140-a yaxın parlaq ifratnəhəng ulduzu əhatə edən elektron kataloq təqdim olunub. Tədqiqat çərçivəsində əldə olunan spektrlər Qazaxıstan Milli Virtual Rəsədxanasında (KazVO) hazırlanmış proqram təminatı və kalibrləmələr isə “Zenodo”da yerləşdirilib.

Seminarın sonunda mövzu ətrafında elmi müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri