4SİM də “Honeyvell” şirkətinin nümayəndələri ilə görüş keçirilib AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 16 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində (4SİM) “Honeyvell” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli, 4SİM-in icraçı direktoru Fariz Cəfərov, “Honeyvell” şirkətinin Baş kommersiya direktoru Oktay Başer, Biznesin inkişafı və strateji tərəfdaşlıq lideri Oğuz Algan və digər nümayəndələr iştirak ediblər.
Görüşdə “Honeyvell” şirkətinin fəaliyyət istiqamətləri və 4SİM tərəfindən Azərbaycanda icra olunan layihələr barədə məlumat verilib.
Tərəflər Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Yanvar 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















