Icma.az
close
up
RU
Türk ordusuna yox dedilər, Azərbaycanın adı çəkildi 5 ölkə razıdır

Türk ordusuna yox dedilər, Azərbaycanın adı çəkildi 5 ölkə razıdır

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın tərk‑silah olmaqdan imtina edəcəyi təqdirdə, Təl-Əvivin Qəzza zolağında yenidən hərbi əməliyyatlara başlayacağını açıqlayıb.

Katzın sözlərinə görə, Qəzzada əldə olunan razılaşmanın icrası təmin edilməzsə, İsrail ABŞ-la koordinasiyalı şəkildə HƏMAS-ın tam məğlubiyyətinə nail olmaq və müharibənin bütün məqsədlərinə çatmaq üçün hərbi addımlar atacaq. Maraqlıdır ki, oxşar bəyanatı ABŞ Prezidenti Donald Trump da səsləndirmişdi.

Globalinfo.az-a danışan siyasi şərhçi Yusif Bağırzadə deyib ki, HƏMAS ilə İsrail arasında qarşıdurmanın yenidən alovlanması gözləniləndir:

“ABŞ-ın təklif etdiyi 20 maddəlik sülh planı məsələnin həlli üçün bütün nüansları əhatə etmir. Onilliklərlə boyu münaqişənin davam etməsindən sonra birdən-birə tərəflərin etimadının bərpa olunmasını gözləmək düz deyil.

İsrail sadə formada ordunu Qəzza bölgəsindən çıxarmaq istəməyə bilər. Yaxud ABŞ HƏMAS-dan silahların təhvil verilməsini tələb etsə belə, Vaşinqtonun BMT-də fərqli qərarın qəbuluna veto qoyması da mümkündür. Ona görə də vəziyyət bir qədər gərgindir. Bu səbəbdən, bölgəyə hamı tərəfindən qəbul edilən sülhməramlıların gəlməsi lazımdır.


Yusif Bağırzadə 

Türkiyə dörd qarant dövlətdən biridir, amma Ankaranın Qəzzada kontingent yerləşdirməsini nə İsrail, nə də Misir istəyir. Onların fikrincə, sərhədlərinə yaxın bölgədə türk ordusunun olması Qahirə üçün təhlükəlidir.

Fikrimcə, Qəzzaya Azərbaycan və Pakistan sülhməramlıları yerləşdirilə bilər. Bunu həm İsrail, həm Fələstin, həm Türkiyə, həm Misir, həm də ABŞ qəbul edər. Azərbaycan özü də bunda maraqlı olar.

Əsas məsələlərdən biri idarəçiliyin necə təşkil ediləcəyidir. Britaniyanın keçmiş baş naziri Tony Blairin başçılıq edəcəyi bir idarəetmənin formalaşdırıla biləcəyi deyilir. Amma bu, hələlik dəqiq deyil. Yəni bu təklif elə formalaşdırılmalıdır ki, həm İsrail, həm də Fələstin tərəfi ona razı olsun”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri