Icma.az
close
up
RU
5 ci respublikada 5 ci hökumət böhranı

5 ci respublikada 5 ci hökumət böhranı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Fransada Makronun səriştəsiz siyasətinin fəsadlarının miqyası hər ötən gün daha da genişlənir. Cəmi 1 ay bundan əvvəl Baş nazir postuna gətirilən Sebastyan Lekornyunun bugünlərdə vəzifəsindən istefa verməsi vəziyyətin kritik dərəcədə ağır olmasından xəbər verir. 

Cəmi 1 ay vəzifədə qalan Baş nazir

Fransada baş nazirlərin bir-birini əvəzləməsi və deyə bilərik ki, artıq permanent hal alan hökumət böhranları ölkənin kifayət qədər ağır siyasi və sosial-iqtisadi böhran vəziyyətinə düşdüyü barədə konkret təsəvvür yaradır. Bundan əvvəlki hökumət böhranı sentyabr ayında yaşanıb. Milli Assambleyada təxminən 1 il ərzində fəaliyyətdə olan Fransua Bayru hökumətinə etimadsızlıq səsverməsi baş tutub.

Fransua Bayru parlament etimadsızlığı ilə yola salındıqdan sonra Makron özünə yaxınlığı ilə tanınan Sebastyan Lekornyunu Baş nazir təyin etdi və ona qısa müddətdə hökuməti formalaşdırmağı tapşırdı. Ancaq sonuncu Fransa tarixində  hökumətə ən az müddətdə rəhbərlik edən Baş nazir kimi qalacaq. Onun artıq prezident tərəfindən də təsdiqlənən istefası ilə ölkədə son iki ildə beşinci Baş nazir əvəzlənməsi baş tutub ki, bunu da Fransanın acınacaqlı vəziyyətinin güzgüsü kimi dəyərləndirə bilərik.

Bəs cəmi 1 ay Baş nazir postunu tutan  Sebastyan Lekornyunun  istefasının səbəbləri nədir? Buna aydınlıq gətirən sabiq Baş nazir ölkədə əsas idarəetmə prinsiplərinə riayət olunmadığı şəraitdə hökumətə başçılıq edə bilməyəcəyini deyib.

Siyasətçi onun vəzifədə qalmasını qeyri-mümkün edən 3 əsas səbəbi vurğulayaraq deyib: “Birincisi, siyasi partiyalar konstitusiyanın parlamentdən yan keçməklə qərarların qəbul edilməsinə imkan verən 49.3-cü maddəsinin tətbiqindən imtinanın səbəb olduğu dərin uçuruma və dəyişikliklərə çox vaxt məhəl qoymur.

İkincisi, partiyalar elə davranırdılar ki, sanki Milli Assambleyada mütləq çoxluğa malik idilər.

Üçüncüsü, hökumətin tərkibi “kifayət qədər çevik olmadı” və partiyaların gələcək prezident seçkiləri ilə bağlı ambisiyalarının artmasına səbəb oldu”.

Makron vəzifəsini tərk edən Baş nazirdən oktyabrın 8-də siyasi məsələlərlə bağlı yekun danışıqları aparmasını və nəticələrini ona bildirməsini istəyib. Sebastyan Lekornyu yenidən Baş nazir postunu tutmaq istəmədiyini, lakin prezident Makronun gələcək hökumətlə bağlı siyasi qüvvələrlə danışıqlar aparmaq göstərişini yerinə yetirəcəyini bildirib.

Zərurətdən baş verən istefa

Əslində, Sebastyan Lekornyunun  istefası zərurətdən baş verən bir gerçəklikdir. Hökumət böhranını şərtləndirən əsas amil heç şübhəsiz ki, Fransanın hazırkı reallıqlarıdır. Ölkənin böyük həcmdə dövlət borcu öhdəliyi yaranıb. Digər tərəfdən, büdcə kəsiri əhəmiyyətli dərəcədə artıb. Baş nazirləri əvəzləməklə bu problemləri aradan qaldırmaq mümkün deyil. Siyasətin mahiyyəti dəyişməlidir. Bir-birini əvəzləyən baş nazirlər çıxış yolunu sərt qənaət rejiminə keçid etməkdə, vergiləri artırmaqda və digər belə inzibati tədbirlərə əl atmaqda  görürlər ki, bu da cəmiyyətdə qəbul olunmur.

Bu reallıq fonunda Fransanın müxalifət partiyaları sabiq Baş nazir Sebastyan Lekornyunun yeni hökumətinə etimadsızlıq votumunun elan edilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə sağçı “Milli Birlik” partiyasının nümayəndəsi Jan-Filipp Tangi BFMTV telekanalının efirində bildirib.

Hökumətə etimadsızlıq votumunun elan edilməsi təhdidi ilə solçu partiyalar da çıxış ediblər. Belə ki, sosialistlərin lideri Olivye For “France Inter” radiostansiyasının efirində bəyan edib ki, əgər hökumət pensiya islahatını nəzərdən keçirməyə imkan verməsə, Sosialist Partiyası etimadsızlıq votumunu dəstəkləyəcək.

Beləliklə də, Sebastyan Lekornyunun istefa verməkdən başqa alternativi qalmayıb.

Respondentlər Makronun istefasını dəstəkləyirlər

Fransa kütləvi informasiya vasitələrində dərc edilmiş bir neçə ictimai rəy sorğusunun nəticələri təsdiqləyir ki, bu gün fransızların əksəriyyəti Makronun ölkədəki dərin siyasi böhran fonunda səlahiyyətlərini vaxtından əvvəl təhvil verməsinin tərəfdarıdır.

“Toluna-Harris Interactive” şirkətinin sorğusunda iştirak edənlərin 73 faizi dövlət başçısının belə bir addımını dəstəklədiklərini bildiriblər. Respondentlərin 76 faizi Baş nazir Sebastyan Lekornyunun istefası ilə nəticələnmiş siyasi vəziyyətə görə əsas günahkar kimi məhz Makronu görürlər.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see280

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see263

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see262

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see252

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see231

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see226

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see202

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see199

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see193

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see193

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see193

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see187

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see184

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see184

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see183

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see178

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see178

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see173

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see170

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri