5 ci maddə sual altında: Trampın Qrenlandiya planları NATO nu parçalayacaq?
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın Qrenlandiya üzərində nəzarət qurmaq imkanına dair bəyanatları NATO daxilində kəskin böhrana səbəb olub və Alyansın birliyini sual altına qoyub.
Qaynarinfo "The Economist”ə istinadla yazır ki, Prezident Donald Trampın Qrenlandiyanı "tam və mütləq şəkildə satın almaq" niyyəti avropalı müttəfiqlərin sərt reaksiyasına səbəb olub və transatlantik münasibətləri kəskinləşdirib.
17 yanvar tarixində Donald Tramp, iki gün əvvəl Qrenlandiyaya hərbi kontingent göndərən səkkiz Avropa ölkəsindən idxal edilən mallara 10% rüsum tətbiq edəcəyi ilə hədələyib. Onun sözlərinə görə, bu rüsum artıq iyun ayında 25%-ə qədər yüksələ bilər və adanın ABŞ-ın nəzarətinə keçməsi barədə razılaşma əldə olunana qədər qüvvədə qalacaq. Tramp sosial şəbəkələrdəki paylaşımında müttəfiqlərini "planetimizin təhlükəsizliyi, müdafiəsi və sağ qalması üçün çox təhlükəli vəziyyət" yaratmaqda ittiham edib.
Ötən həftə ABŞ və Danimarka rəsmiləri arasında keçirilən danışıqlar nəticəsiz başa çatıb. Bu arada Qrenlandiya və Danimarkada "ərazi satılmır" şüarı altında kütləvi etiraz aksiyaları keçirilib.
Avropa liderləri Vaşinqtonun rüsum hədələrinə sərt reaksiya veriblər:
• Emmanuel Makron (Fransa Prezidenti): "Heç bir qorxutma və ya təhdid Avropanın mövqeyinə təsir etməyəcək".
• Ulf Kristersson (İsveç Baş naziri): "Aİ özünü şantaj etməyə imkan verməyəcək".
• Kir Starmer (Böyük Britaniya Baş naziri): ABŞ-ın hərəkətlərini "tamamilə yanlış" adlandırıb.
Qrenlandiya ətrafındakı vəziyyət NATO üçün ciddi risklər yaradır. Danimarkanın Baş naziri Mette Frederiksen hələ yanvarın əvvəlində xəbərdarlıq etmişdi ki, ABŞ tərəfindən Alyans üzvü olan bir ölkəyə qarşı hər hansı güc senarisi İkinci Dünya Müharibəsindən sonra qurulmuş kollektiv təhlükəsizlik sisteminin faktiki çöküşü demək olacaq. Avropada narahatlıq artır ki, hətta birbaşa güc tətbiq edilməsə belə, Qrenlandiyanın mümkün "qansız" udulması NATO-nun qarşılıqlı müdafiə haqqında 5-ci maddəsinə olan inamı sarsıdacaq.
ABŞ-ın NATO-dakı keçmiş elçisi Culi Smit qeyd edir: Alyansın ən güclü üzvü digərinin ərazi suverenliyini pozursa, bu, NATO-nun Rusiyaya effektiv müqavimət göstərmək qabiliyyətini sual altına qoyur. Bu vəziyyətdə Avropa hökumətləri çətin seçim qarşısında qalırlar: ya münaqişənin əhəmiyyətini azaldaraq transatlantik əlaqələri qorumaq, ya da eskalasiya və təhlükəsizliyin zəifləməsi riskinə baxmayaraq müqavimət göstərmək.
Avropanın potensial təzyiq rıçaqlarından biri iqtisadi sanksiyalar və ABŞ-ın qitədəki hərbi bazalarına çıxışının yenidən nəzərdən keçirilməsi ola bilər. Almaniyadakı Ramştayn aviabazası kimi obyektlərin itirilməsi ABŞ-ın Afrika və Yaxın Şərqdəki hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə çətinləşdirərdi. Eyni zamanda, bir çox Avropa ölkəsi qorxur ki, ABŞ ilə əlaqələrin kəsilməsi onları Rusiya təhdidləri qarşısında müdafiəsiz qoyacaq.
Analitiklər qeyd edirlər ki, NATO bir gündə dağılmayacaq çox mürəkkəb quruluşdur. "Alyansa təsir dərhal olmayacaq, – deyə Smit iddia edir. - Mən Alyansın rəsmən qapılarını bağladığına dair möhtəşəm bir bəyanat gözləmirəm. Alyans fəaliyyətini davam etdirə bilər, lakin NATO-nun təxminən 75 il əvvəl yarandığı vaxtdan bəri təməlində dayanan o fundamental etimad olmadan".
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















