Icma.az
close
up
RU
5 dəqiqəyə 20 minin xərclənməsi... “TikTok”da çirkli pullar necə yuyulur?

5 dəqiqəyə 20 minin xərclənməsi... “TikTok”da çirkli pullar necə yuyulur?

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zaman-zaman sosial şəbəkələrdə əndazəni aşan şəxslərə qarşı hüquq çərçivəsində ciddi tədbirlər görülsə də, bu, bəzən başqalarına dərs olmur. Bu mövzuda dırnaqarası xüsusi fərqlənən isə “TikTok”dur. Çünki burada həm də pul qazanmaq olur. Bu maraq bəzilərini sosial platformada fenomen olmağa can atdırır. Bunun üçün bəzən savad, bilik yox - tərbiyəsizlik, əxlaqsızlıq, soyunmaq, təhqir etmək, ağzına gələni danışmaq lazımdır. Bu nə bizim iddiamızdır, nə də “TikTok”un daxili qaydası. Bu, hamının gördüyü, gəldiyi nəticədir. Bu şəxslər üçün tez bir zamanda “məşhurlaşmağın” başqa yolu yoxdur.

Biz istəsək də, istəməsək də bu şəxslərin videosunu görürük, qarşımıza çıxır. Amma əlimizdən bir şey gəlmir, biz bu insanları dəstəkləməsək də, özlərinin ayrıca imkanlı dəstəkçiləri var ki, bu barədə bir qədər sonra.

“Qafqazinfo”nun məlumatına görə, ötən gündən başlayaraq “TikTok”da özlərini apara bilməyən, tərbiyəsizliyi təbliğ edənlərə qarşı əməliyyat keçirilib və bir sıra şəxslər saxlanılıb. Bu, ilk növbədə cəmiyyətin polisə kütləvi çağırışı idi. DİN-in məsələyə həssas yanaşması, tədbir keçirməsi, anında cəmiyyətin çağırışına haray verməsi ötən günün hadisəsi kimi dəyərləndirilə bilər. Elə bunun nəticəsidir ki, bu mövzuda hər paylaşımın şərh bölümündə Azərbaycan polisinə təşəkkür edilir.

Digər tərəfdən bu fikirdə olanlar da var ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əxlaqsızlığı təbliğ edən tiktokerləri gözləyən məsuliyyət və cəza yoxdur. Amma nəzərə almaq lazımdır ki, DİN sadəcə, bu şəxslərin saxlanılmasını təsdiqləyib, araşdırmanın davam etdirildiyini bildirib. Çünki burada məsələ həm də təkcə tərbiyəsizliyin təbliği deyil...

Yuxarıda qeyd etdiyimiz kimi, tiktokerlərə qarşı kürtləvi marağın olması burada təkcə əyləncə xarakteri daşımır. “TikTok”da əsas məsələ iqtisadi maraqlar, maliyyə dövriyyəsidir. Hansısa formalarda oyuna cəlb edilmiş şəxslər əyləncə adı altında vəsaitləri xaricə çıxarır. Yəni, oyunlarda iştirak edən şəxslər vəsaitləri kriptovalyuta dövriyyəsinə yönəltməklə hesabatdan gizlədilmiş formada gəlirlər əldə edir. Oyunları əyləncə adı altında keçirən şəxslərin üzərlərindən yüzlərlə ayrı-ayrı banklara məxsus kartların aşkarlanması faktı varsa, bu, onların əsas maliyyə hədəfləri olmasını aydın göstərir. Digər tərəfdən hər bir iştirkaçıya oyunun guya əyləncəli olmasını artırmaq məqsədilə 500-1000 manat pul vəsaitlərinin verilməsi də qaranlıq məqamlar sırasındadır.  

Bu proses həyata keçirilərkən bir neçə faktor nəzərə alınır. Əvvəlcə, bank kartlarından oğurlanan, o cümlədən çirkli pulları yumağa çalışan şəxslər tiktokerlərlə anlaşır, onlara müəyyən məbləğ göndəriləcəyi və pulun bir hissəsinin geri qaytarılacağı bildirilir. 20-25 faiz qazanc vəd edilən tiktoker bu virtual hədiyyələri qəbul edərək sonradan məbləği nağdlaşdırır və çirkli pulların yuyulmasında beləcə iştirak edir.  

Təbii ki, bizim əlimizdə hər hansı fakt olmadan kimisə çirkli pulların yuyulmasında ittiham edə bilmərik. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının səlahiyyətində olan məsələdir. Daxili İşlər Nazirliyinin də açıqlamasında qeyd olunduğu kimi, məsələ araşdırılır.

Lakin “TikTok”dakı fantastik məbləğlər şübhə məqamı da yaradır. Çünki bu insanların fərdi bir istedadı yoxdur, hansısa elmi araşdırma iştirakçısı, ixtiraçı, alim, mühəndis deyillər. O zaman sual yaranır: Cəmiyyət üçün faydalı iş əmsalı sıfıra bərabər olan bu şəxslərə niyə bahalı hədiyyələr göndərilir? Axı bu hədiyyələr misal üçün, planetini xilas edəcək layihələrin gerçəkləşdirilməsinə dəstək məqsədilə göndərilmir.

Əyləncə məqsədilə göndərilməsi də inandırıcı deyil. Tutaq ki, özünü şairə kimi təqdim edən “Dvijeniya İlhamə”nin bir məclisdə ortalığa düşüb özünə yaraşdırdığı “rəqs”i nümayiş etdirməsinin ödənişi nə qədər olar? Maksimum 100 AZN. Bax, onda sual yaranır ki, bu və bu kimi şəxslərə niyə bahalı-bahalı hədiyyələr göndərilir?

Təqdim etdiyimiz video diqqətimizi çəkməyə bilməz. Təxminən 5 dəqiqəlik videoda Azər Zahidin təşkil etdiyi yarışa qatılan iştirakçının getməsi üçün 20-dən çox “TikTok”un ən bahalı hədiyyəsi göndərilir ki, bunun da qiyməti 600 dollar civarındadır. İndi yenə sual yaranır, bu adam müğənni, hansısa efirdə keçirilən səs, muğam yarışmasının iştirakçısı da deyil, adi tiktokerdir - onun yarışdan getməsinə 5 dəqiqə ərzində niyə 20 min manat pul xərclənir? Bu pulu 5 dəqiqə ərzində “yoxa çıxarmaq” bu qədərmi asandır? 

Hər halda əziyyət hesabına qazanılan pullar bu şəkildə xərclənilə bilməz. Elə şübhə də buradan qaynaqlanır. 

Hər halda ortada Türkiyə nümunəsi var. Ötən aylarda qardaş ölkədə bir sıra sosial şəbəkə fenomenlərinin həbsi ilə nəticələnən əməliyyatlar keçirildi və aydın oldu ki, bu şəxslər çirkli pulların yuyulmasında bilavasitə iştirak ediblər. Azərbaycanda saxlanılan tiktokerlər ətrafında bu istiqamətdə də araşdırma aparılacağı istisna deyil.

Emin Səfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:342
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri