5 milyadlıq imperiyadan imtina edib, rahib oldu
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Malayziyanın ən zəngin adamının oğlu rahib kimi cəngəllikdə yaşamaq üçün 5 milyard dollarlıq səltənətdən imtina edib.
Kult.az xəbər verir ki, bu barədə “Ekonomik Tayms“ (The Economic Times) yazıb.
Malayziyalı milyarder Ananda Krişnanın yeganə oğlu Ajahn Siripanyo monastır həyatını qəbul edib və 5 milyard dollarlıq imperiyadan imtina edib. Malayziyanın ən zəngin adamlarından biri olan Ananda Krişna telekommunikasiya, peyk, neft, daşınmaz əmlak və media sahələrini əhatə edən biznes şəbəkəsinə sahibdir.
Ajahn buddist rahib olmaq qərarını 18 yaşında verib. Əslində onun atası da bu inancdadır. Siripanyonun anası Suprinda Çakraban Tailand kral ailəsindəndir. İyirmi ildən artıqdır ki, Ajahn əsasən Tailand-Myanma sərhədi yaxınlığındakı Dtao Dum monastırında bir meşə rahibi kimi yaşayır. Materializmdən əl çəkib, ruzi üçün başqalarının səxavətinə arxalanaraq, sadə buddist prinsiplərinə əməl edir. Amma ailəsini unutmur və vaxtaşırı olaraq ata-anasına baş çəkir.
İki bacısı ilə yeniyetməlik illərini Londonda yaşayan, burda təhsil alan Ajahn 8 dildə mükəmməl danışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 28 Noyabr 2024 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















