Icma.az
close
up
RU
5 saatlıq görüş...

5 saatlıq görüş...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Trampın sülh planı özünü doğruldur

Qəzzada münaqişənin nizamlanması prosesində işartılar sezilməkdədir. Bölgədə iki il davam edən müharibənin yaxın zamanda sona çatacağı gözlənilir. Xüsusilə, son zamanlar beynəlxalq ictimaiyyətin gündəmində önəmli mövzuya çevrilən Trampın sülh planı artıq özünü doğrultmaq üzrədir. Ağ Evin rəhbərinin çağırışından sonra münaqişə tərəflərinin yenidən təmaslara keçməsi, o cümlədən sülh planının İsrail, Türkiyə, Misir, Qətər, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri tərəfindən təqdirəlayiq qarşılanması bunu deməyə əsas verir. Eyni zamanda, qeyd edək ki, Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşü zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Qəzzada münaqişənin nizamlanmasına dair aparılan danışıqlarda müsbət nəticələrin əldə edilməsi ehtimalı çoxdur. O, əlavə ki, bu istiqamətdə ümidlər var. “Biz girovların dərhal azad edilməsini istəyirik. Beləliklə, komandamız indi oradadır. Başqa bir komanda da yenicə getdi. Sözün əsl mənasında dünyanın hər bir ölkəsi bu planı dəstəkləyib. Nəsə edə biləcəyimizə dair real şans var”,- deyə Tramp vurğulayıb. Danışıqların getdiyi bir zamanda Avropa İttifaqı da Trampın xahişini nəzərə alaraq İsrailə qarşı sanksiyaların müzakirəsini dayandırıb. “EUObserver” - nin məlumatına görə, Aİ Şurasının aşağı səviyyəli işçi qrupları bu həftə Brüsseldə Avropa Komissiyasının sanksiya təklifini müzakirə etməyəcək.

Şarm əl-Şeyxdə danışıq baş tutub - HƏMAS israrlıdır

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS arasında 5 saatlıq dolayı danışıqlar baş tutub. Danışıqlar müsbət ab-havada keçsə də, HƏMAS İsrailə müəyyən tələblər irəli sürüb. Misirin “Al-Chad” kanalının məlumatına görə, HƏMAS hərəkatı  israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsindən əvvəl atəşkəs əldə edilməsində israrlıdır. Qətərin “Al Jazeera” kanalı isə HƏMAS-ın rəsmi nümayəndəsi Fauzi Barhuma istinadən Şarm əl-Şeyxdə davam edən danışıqlarda hərəkatın əsas şərtlərini təqdim edib. O, bildirib ki, HƏMAS nümayəndə heyəti Qəzza xalqının istəklərinə cavab verən razılaşma əldə etmək üçün bütün maneələri aşmağa çalışır. Qeyd edək ki, hərəkat daimi və hərtərəfli atəşkəs, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasını, humanitar və ərzaq yardımlarına maneəsiz çıxışın təmin edilməsini, köçkünlərin öz evlərinə qayıtmasını və Fələstinin milli texnokrat hakimiyyətinin nəzarəti altında yenidənqurma prosesinin dərhal başlanmasını, həmçinin ədalətli məhbus mübadiləsini tələb edir. Bundan əlavə, HƏMAS-ın rəhbərliyi girovların dəyişdirilməsi müqabilində azad olunacaq fələstinlilərin siyahısına İsrail həbsxanalarında uzunmüddətli və ya ömürlük cəza çəkən altı yüksəkrütbəli tərəfdarının da daxil edilməsini istəyir.

Münaqişənin nizamlanması prosesində müsbət addım

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Misirin Şarm əl-Şeyx şəhərində HƏMAS və İsrail nümayəndə heyətləri arasında təxminən 5 saat davam edən dolayı danışıqların keçirilməsi Yaxın Şərqdə gərgin vəziyyətin nizamlanması istiqamətində mühüm diplomatik hadisədir. “ABŞ Prezidenti Donald Trampın sülh planının elanından sonra bu cür təmasların baş tutması, ilk növbədə, tərəflər arasında dialoqun hələ də tamamilə qırılmadığını göstərir və Qəzza münaqişəsinin həlli istiqamətində müəyyən ümidlər yaradır. Danışıqların baş tutması özü-özlüyündə müsbət hal kimi qiymətləndirilə bilər. Bu, həm beynəlxalq vasitəçilərin - xüsusilə, Misir, Qətər və ABŞ-ın səylərinin nəticəsi, həm də tərəflərin sülh imkanlarını tamamilə istisna etmədiyinin göstəricisidir. Lakin müzakirələrin uğurla nəticələnməsi üçün ciddi siyasi iradə, qarşılıqlı etimad və real güzəştlər tələb olunur.

HƏMAS-ın silahsızlanma məsələsinə sərt yanaşması və İsrailin təhlükəsizlik zəmanətləri ilə bağlı dəyişməz mövqeyi danışıqların əsas çətinliklərindən biridir”, - deyə V.Zifəroğlu əlavə edib ki, danışıqlarda müəyyən nəticələr əldə oluna bilər; “Ekspertlərin qənaətinə görə, Şarm əl-Şeyxdəki danışıqların yaxın perspektivdə tammiqyaslı sülh sazişi ilə nəticələnməsi ehtimalı azdır. Ən real nəticə kimi mərhələli proses - yəni, humanitar atəşkəs, əsir dəyişimi və yardım kanallarının bərpası göstərilir. Bu cür addımlar tərəflər arasında etimadı qismən gücləndirə bilər və gələcəkdə daha geniş razılaşmalar üçün zəmin yaradar”. 

Danışıqlar nə ilə nəticələnə bilər?

Ekspertin sözlərinə görə, Donald Trampın təqdim etdiyi sülh planı bölgədə davamlı sabitliyin bərqərar olmasını hədəfləyir. “Plan atəşkəsin təmin olunması, əsirlərin dəyişdirilməsi, HƏMAS-ın hərbi potensialının məhdudlaşdırılması və Qəzza bölgəsində beynəlxalq nəzarət altında keçid hökumətinin formalaşdırılmasını nəzərdə tutur. İsrail bu təşəbbüsü ümumilikdə dəstəkləyir, HƏMAS isə bəzi bəndləri qəbul etdiyini, digərləri barədə isə əlavə danışıqlara ehtiyac olduğunu bildirir,” - deyə V.Zifəroğlu vurğulayıb ki, Tramp planının tam şəkildə reallaşması çətin görünsə də, onun bəzi hissələrinin mərhələli şəkildə icrası mümkündür. “İlk növbədə tərəflərin əsir və girov dəyişimi, müvəqqəti atəşkəs, yardımın bölgəyə maneəsiz çatdırılması kimi məsələlərdə razılığa gəlməsi ehtimal olunur. Lakin sülh prosesinin davamlı olması üçün əsas problem - HƏMAS-ın silahlı qanadının taleyi və Qəzzanın gələcək idarəçiliyi məsələsində hələ də dərin fikir ayrılıqları qalmaqdadır”.

Mühüm diplomatik siqnal

V.Zifəroğlu hesab edir ki, Şarm əl-Şeyxdəki danışıqlar bölgədə gərginliyin azaldılması istiqamətində mühüm diplomatik siqnaldır. “Lakin həm İsrail, həm də HƏMAS tərəfinin “qırmızı xətləri” və daxili siyasi təzyiqləri nəzərə alınarsa belə, yaxın zamanda tam sülh razılaşmasının əldə olunması real görünmür. Buna baxmayaraq, atəşkəs və humanitar razılaşmalar kimi addımlar gələcək sülh prosesinin başlanğıcı ola bilər,”.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Oktyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri