Amerika cəmiyyəti üçün Tramp nə ilk, nə də sonuncu prezidentdir POLİTOLOQ
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ-da Nümayəndələr Palatasına keçirilən seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyəti, müəyyən mənada, Trampın fəaliyyətinə verilən qiymət kimi dəyərləndirilə bilər. Çünki Tramp hər nə qədər ölkələr arasında sülh müqavilələrinin imzalanması üçün addımlar atdığını, sülhə nail olmağa çalışdığını, Amerikanın regiona və ümumilikdə dünyaya barış gətirmək istədiyini bəyan etsə də, İran müharibəsi Tramp administrasiyasını ciddi şəkildə çətin vəziyyətə saldı".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov söyləyib.
Onun sözlərinə görə, eyni zamanda, Ukrayna müharibəsi ilə bağlı qeyri-müəyyənlik və qərarsızlıq da Tramp administrasiyasını ciddi narahat edən məsələlərdəndir:
"Avropa dövlətləri ilə münasibətlərdə yaranan gərginlik də bu amillər sırasına daxildir. Bütün bunlar, belə demək mümkündürsə, yığılıb qalmış problemlərin hesabıdır. Lakin hesab edirəm ki, bu məğlubiyyət ümumilikdə Amerika cəmiyyətindəki parçalanma və ya qütbləşmə prosesinə o qədər də ciddi təsir göstərməyəcək. Çünki Amerika cəmiyyəti üçün Tramp nə ilk, nə də sonuncu prezidentdir. ABŞ tarixində bu cür siyasi dəyişikliklər dəfələrlə yaşanıb. Tramp artıq ölkənin 47-ci prezidentidir. Bu da onu göstərir ki, Amerika cəmiyyəti üçün prezidentlərin dəyişməsi siyasi sistemin təbii proseslərindən biridir. Buna görə də düşünmürəm ki, Trampın prezidentliyi Amerika cəmiyyətində uzunmüddətli və silinməz iz buraxacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 11 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















