Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

5 təməl sütun: yaşam və bəşəri mövcudiyyət

5 təməl sütun: yaşam və bəşəri mövcudiyyət

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azadlıq nədir, həqiqət nə? Bəs demokratiya azadlığın əyninə mütləq həqiqət libası biçə bilirmi? Bu libas insanlar üçün həqiqətin dərkini asanlanşdırırmı? Ədalət necə, onunla bağlı qavram və şüur azadlığı həqiqətə çevirir, yoxsa?.. Hakimiyyətlər demokratiyanın azadlıq formulunu insan hüquqları prizmasına nə dərəcədə daşıyır? Bu qəbildən olan suallar həddən artıq çoxdur. Hesab edirik ki, hüquq üzrə elmlər doktoru Mehdi Abdullayevin yenicə çapdan çıxmış "5 təməl sütun: təsəvvürdə və reallıqda" kitabı onlara aydınlıq gətirmək baxımından son dərəcə əhəmiyyətlidir. Kitabın əhəmiyyəti həm də onun keçmişlə gələcək arasında körpü rolunu oynamasındadır. Nəşr keçmişi gələcək üçün ibrət kimi vurğulayır. Nəinki vurğulayır, habelə bu vurğulanma özündə sistematiklik daşıyır. 

Ön söz müəllifi akademik Nizami Cəfərov olan "5 təməl sütun: təsəvvürdə və reallıqda" kitabı, həqiqətən, çox dəyərlidir. Təkcə ona görə yox ki, nəşr nəzəri hüququn, politologiyanın, fəlsəfənin bir sıra problemlərinin daha əhatəli şəkildə anlaşılmasına yardımçıdır, həm də o səbəbdən ki, müəllif nəzəri yanaşmanı, bir növ, oxucunun mühakiməsinə təqdim edir, bu zaman praktik nümunələrlə arqumentlərini əsaslandırır. Nəticədə 5 təməl sütun - azadlıq, demokratiya, ədalət, insan hüquqları mücərrədlikdən və elmin, belə demək mümkünsə, çətin dolanbaclarından çıxır, sıravi oxucunun gündəlik həyatda üzləşdiyi situasiyaların predmetinə çevrilir. Hər kəs həmin sütunları özündə ehtiva edən həyat epizodları ilə baş-başa qalır və düşünür. Bu isə ətrafda baş verənlərə daha doğru və dürüst münasibət bildirməyə, rasional və praqmatik davranmağa imkan yaradır. Axı əksər hallarda həmin 5 təmələ daxil olan anlayışlar barədəki ümumi təsəvvürlərin qüsurlu, hətta yanlışlığını görürük.

Bəli, insanların onları müşayiət edən ətraf mühitə yanaşmalarının qüsurluluğu və yanlışlığı bir çox hallarda ziddiyyətlər yaradır. Ziddiyyətlər mübahisələr, mübahisələr münaqişələr, münaqişələr isə təlatümlər və kataklizmalar doğurur ki, bunların hər biri bəşəriyyətin taleyində rol oynayır. Söhbət, böyük ölçüdə, mənfi roldan gedir. Deməli, konflikli situasiyaları doğuran cəmiyyət üzvlərinin təsəvvürləridir. M.Abdullayev barəsində söz açdığımız kitabda məhz həmin təsəvvürlərin formallığını müfəssəl şəkildə izah edir, bu zaman hüquq və siyasət tarixinin bəşəriyyətin yaddaşında daimi qalacaq hadisələrinə söykənir. Onun mövcud xüsusdakı müqayisələri Afina demokratiyasını Sokratın mühakiməsindən başlayıb COVID-19-da bitir. Akademik Nizami Cəfərovun ön sözdə yazdığı kimi, müəllif bütün bu hadisələrin izahından kənarda azadlığın, demokratiyanın, ədalətin, insan hüquqlarının və hakimiyyətin anlayış-konseptlərinə az-çox dəqiq şərh verməyin çətinliyini vurğulamaqda haqlıdır.

Əlbəttə, M.Abdullayev insan amilini ön plana çıxarır. İnsan ona görə öndədir ki, o, dövlətə malikdir. Bu yerdə dövlət millətinə çevrilməyin insanların şüurunu cilaladığı, onları daha ali təbəqəyə çevirdiyi reallığını qeyd etməliyik. Yəqin elə buna görədir ki, müəllif dövlətdən söz açaraq, insanı tərənnüm edir. Həm də insanın azadlığını. Sual yaranır: İnsan azadlığını dövlətdəmi tapır? Müəyyən mənada, tapır, çünki azadlıq hüquqla tənzimlənməlidir ki, faydalı olsun. Hüquq isə demokratik şəraitdə qərarlaşır. Deməli, müəllifin klassik dövlətçilik ənənəsində demokratiyanı məqsəd yox, idarəetməni legitim və davamlı edən mexanizmlərdən biri kimi təqdim etməsində məntiq var. Bu məntiq İnsan-Dövlət tandemini bəşəriyyət üçün faydalı və bir-birilə qarşılıqlı əlaqədə olan platformaya çevirir.

Ümumən, M.Abdullayevin "5 təməl sütun: təsəvvürdə və reallıqda" kitabının ayrı-ayrı xüsusiyyətləri barədə çox söz açmaq, müxtəlif məqamları qabartmaq mümkündür. Hesab edirik ki, ən mühüm məqam müəllifin 5 təmələ - azadlığa, demokratiyaya, ədalətə, insan hüquqularına və hakimiyyətə məhz Azərbaycanın keçdiyi inkişaf yolu müstəvisində yanaşması, dünya ilə tutarlı paralellər aparması, oxşarlıqları müəyyənləşdirməsi, həmçinin, fərqlilikləri vurğulamasıdır. Nəşrin girişində də bildirildiyi kimi, "bizim araşdırmamızda məhz bu beşliyin seçilməsi təsadüfi deyil. Çünki müstəqil Azərbaycan təcrübəsində ən ağır səhvlər də, ən mühüm uğurlar da məhz bu anlayışların necə başa düşülməsi və necə tətbiq olunması ilə birbaşa bağlı olub. Bəzən təsəvvürlərdə özünə yer tapmış bu anlayışlar real, obyektiv aləmdə tamam başqa rənglərə bürünür, tamam başqa ahənglər kəsb edirdi. Nə üçün belə olurdu? Nə üçün bu ayrılma təkcə adi insanların deyil, bütöv dövlətlərin müqəddaratına çevrilirdi? Məsələnin mahiyyəti nədədir!"

Mahiyyəti daha dərindən dərk etmək, ümumən, ön söz, giriş və beş fəsildən ibarət "5 təməl sütun: təsəvvürdə və reallıqda" kitabının dərin məzmunu ilə tanış olmaq isə dəyərli oxucuların ixtiyarındadır. Elə bilirik ki, yeni çapdan çıxmış nəşr onların baxış bucaqlarını cilalayacaq, yekun nəticə etibarilə hər birinin daha təkmil və proqnozlaşdırılan həyat yolunda inamla addımlarına kömək olacaq. Həm də ona görə kömək olacaq ki, bu kitab, eyni zamanda, oxucu ilə interaktiv söhbətdir. Müəllif isə özünün erudik təfəkkürü və zəngin dünyagörüşü ilə bu söhbətin maraqlı olacağına təminat verir.

Ə.RÜSTƏMOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri