Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Teleradio xalqımızın ən kütləvi media qurumudur

Teleradio xalqımızın ən kütləvi media qurumudur

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Milli jurnalistikamızın onlayn qolunun 100 yaşı tamam olur

Hər il noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq bu sahədə çalışanların peşə bayramı kimi qeyd edilir. Bu ilki bayram həm də onunla əlamətdardır ki, radionun yaranmasının 100, televiziyanın işə düşməsinin 70 illik yubileyidir.

Düz 1 əsr əvvəlin bu günündə Bakıda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Reproduktorlardan eşidilən “Danışır Bakı” ifadəsi heyrətlə qarşılanıb və bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik kimi qəbul edilib.

Radio tariximizdəki ilk musiqi sədasının müəllifi Müslüm Maqomayev olub. Verilişlər onun bəstələdiyi “RV-8” marşı ilə açılırdı. 1932-ci ildə Müslüm Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrini yaradıb. Orada peşəsini ürəkdən sevən və səsi gələn kimi tanınan jurnalistlər ordusu da yetişib.

Radioda ilk azərbaycanlı diktorlar İsmayıl Əlibəyov, Raya İmanzadə, Ənvər Həsənov, şair Hüseyn Natiq, Səməd Səmədov olublar. Əsgər Mövsümzadə, Leyla Terequlova, Soltan Nəcəfov, Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev illər uzunu dinləyiciləri “sehirli qutu”dan salamlayıb, xəbərlər oxuyub, verilişlər aparıblar. Sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev, Sabir Ələsgərov kimi ustad diktorlar yetişib (yeri gəlmişkən, sabah mərhum Xalq artisti Fatma Cabbarovanın 106 yaşı tamam olacaq).

Radiodan 30 il sonra – 1956-cı ildə onun bir növ təsviri forması - milli televiziya həyatımıza daxil olub. Evlərimizin ilk ekran qonağı gözəl aktrisa Nəcibə Məlikova “Diqqət-diqqət, göstərir Bakı” deyərək tamaşaçıları sevindirib. Yazıçı Mehdi Hüseyn, şair Süleyman Rüstəm və TV-nin rəhbərlərindən olan Teymur Elçin xalqa təbriklərini çatdırıblar. Ardınca Sara Qədimovanın qısa muğam konserti olub və “Bəxtiyar” filmi göstərilib.

Uzun müddət radio və televiziyada çalışdığım üçün hər dəfə oraya həvəslə gedirəm. İndi çoxu haqq dərgahında olan qayğıkeşlərimi, müəyyən illərdə çiyin-çiyinə çalışdığım həmkarlarımı ehtiramla xatırlayıram. Onların işıqlı obrazlar qalereyası gözlərim önündən keçir: Aqşin Babayev, Hüseyn Mehrəliyev, Nadir Yusifli, Mürsəl Cavadov, Oqtay Şamil, Mailə Muradxanlı, Qaçay Köçərli, İbrahim Göyçaylı, Hidayət Səfərli, Sabir Axundov, Vaqif və Şəfəq Sultan Əlixanlılar, Akif Səməd, Möhbəddin Səməd, Mövlud Süleymanlı, Camal Yusifzadə, Zakir Sadatlı kimi unudulmaz imzalar həm də məhz radionun adına şərəf-şan gətiriblər. Azərbaycan efiri və ekranının “Bulaq”, “Axşam görüşləri”, “Yurd yeri”, “Dalğa”, “Qoşma”, “Retro” və onlarca başqa cəlbedici proqramları könülləri oxşayıb.

Akademik Rafael Hüseynovun 50 ildən bəri radioda onun daimi müəllifliyi və aparıcılığı ilə davam edən populyar “Axşam görüşləri” verilişi barədə dedikləri:

- Bu veriliş tariximizin, mədəniyyətimizin, elmimizin ayrı-ayrı istiqamətləri haqda mütəmadi söhbətlər açsa da, musiqi əvvəldən bu verilişin başlıca mövzusu olub və digər mövzular da nəticə etibarilə musiqi ilə əlaqələndirilib. Bu verilişin bir üstünlüyü də tanınmağa və xatırlanmağa layiq, ancaq uzun müddət diqqətdən uzaqda qalmış, yada salınmayan sənətkarları işıqlandırmaq, onların haqqında söz açmaq, ifalarını bərpa edərək səsləndirməkdir. Lakin “Axşam görüşləri” məlumları, hətta çox məşhurları belə tamam yeni bir şəkildə, indiyədək geniş ictimaiyyətə bəlli olmayan tərəfləri ilə təqdim etməkdə xüsusi seçilir.

Milli tele-radiomuz zəngin inkişaf yolu keçib. Bu tərəqqinin bir çox yaddaqalan hadisələri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərə düşür. O zamandan ekran və efirimiz xalqımızın ictimai-siyasi və mədəni həyatını daha dolğun əks etdirir, milli-mənəvi dəyərlərimizin təbliği missiyasını layiqincə yerinə yetirir. Radio və televiziya Azərbaycan dilinin və ədəbi dil normalarının qorunmasında, cəmiyyətə çatdırılmasında əsaslı rol oynayan mühüm vasitələrdəndir.

Prezident İlham Əliyev teleradioya diqqət və qayğı ənənəsini davam etdirir. Bu xoş məramla “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında “İdman” və “Mədəniyyət” telekanalları yaradılıb. Son illərdə Azərbaycan Televiziyasında aparılan islahatların sayəsində müxtəlif formatlarda və aktual mövzularda proqramlar hazırlanır, seyrçilər bunları maraqla qarşılayır və etibarlı mənbə kimi dəyərləndirirlər.

İşıqlı mədəniyyət məbədgahımız olan AzTV-də Elşad Quliyev, Nahid Hacızadə, Firudin Ağayev, Babək Hüseynoğlu, Rafiq Hüseynov, Sabir Ələsgərov, Valid Sənani, Hicran Hüseynov, Şəmistan Nəzirli və digərlərinin adları daim hörmətlə anılır. Bu gün də sıralarımızda olan, neçə nəsil televiziya işçilərinin yetişməsində bilavasitə əmək sərf etmiş Ramiz Həsənoğlu, Aydın Əliyev, Vasif Babayev və onlarla başqalarının xidmətləri danılmazdır. Onların yaradıcı səyləri ilə “Evrika”, “Təbiəti sevənlər”, “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət”, “Günün ekranı”, “7 Gün”, “Hünər”, “Kinoklubda görüş”, “Tələbə klubu”, “Çay dəstgahı” kimi neçə-neçə proqram, teletamaşalar, 5 seriyalı “Tarixin divanı” bədii televiziya filmi illər boyunca teleməkanımızı daha da zənginləşdirib. Yarım əsrdən çox davam edən “Şahmat klubu” verilişi dünya televiziya məkanında ən uzunömürlü idman proqramı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Hazırda milli televiziyada “Həftə”, “Hədəf”, “Parlament saatı”, “Telesəhər”, “Sözümüz imzamızdır” və digər verilişlər yalnız informativ olmaqla kifayətlənmir, həm də mədəniyyəti təbliğ edir, maarifçilik yükünü lazımınca daşıyır. “AzTV XƏBƏR” proqramı hər gün 12 dəfə efirə çıxır. Gündəm ən operativ və obyektiv şəkildə seyrçilərə təqdim olunur.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təqdim etdiyi verilişlər mənəvi dəyərlərimizə, milli düşüncəmizə söykənib. Yüngül şoulara, zövqsüz söhbətlərə burada yer verilmir. Məhz bu uğuruna görə AzTV fəaliyyət göstərdiyi illər ərzində “Avropa keyfiyyəti” medalına layiq görülüb. Həmçinin Avropa Biznes Assambleyası Azərbaycan Televiziyasına “Teleradio yayım sahəsində ən yaxşı şirkət” mükafatını təqdim edib.

Azərbaycanın ilk ingilisdilli beynəlxalq xəbər və analitik telekanalı olan “AnewZ” artıq 2 ildir ki, çox səmərəli fəaliyyət göstərir. Həftənin 7 günü, 24 saat ərzində peyk, rəqəmsal platformalar və sosial media vasitəsilə 110-dan çox ölkəyə yayımlanır, 12 ölkədə nümayəndəliyi var. Ötən müddətdə “AnewZ” vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqin səsinin dünyaya çatdırılması, qlobal informasiya məkanında Azərbaycanın mövqelərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu kanal “Reuters”, BBC, “Euronews” kimi nüfuzlu media qurumlarının istinad etdiyi xəbər mənbəyinə çevrilib.

“İctimai TV” (İTV), “Space”, ARB, ATV, “Xəzər TV”, “Real TV”, “CBC Azərbaycan”, “CBC Sport”, Baku TV, MTV kanalları da bir sıra maraqlı verilişləri ilə diqqət çəkir. Bu gün Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyaları, habelə radiolar şəbəkəsi geniş fəaliyyət göstərir.

Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, xarici ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində iştirak edir.

Bu il Bakı Televiziya Qülləsinin də özünəməxsus yubileyidir. Düz 30 il əvvəl – 1996-cı ildə modern şəkildə fəaliyyətə başlayan, Bakının hər yerindən görünən və şəhərin gözəlliyini artıran bu kompleksin hündürlüyü 310 (Xəzər dənizi səviyyəsindən 480) metrdir. O, səsimizi və görüntülərimizi dünyaya etibarlı şəkildə yayır. Mütəxəssislərin bildirdiyinə görə, 2012-ci ildə bu kompleksdə IPTV baş stansiyası qurulub və kontentin provayderlərə ötürülməsinə başlanılıb. Digər televiziya yayım vasitələrindən fərqli olaraq IPTV-də proqram sayına məhdudiyyət yoxdur, yəni seyrçiyə yüzlərlə kanalı izləmək imkanı yaradılır. Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də “İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib. Ölkə ərazisində analoq TV yayımı 2016-cı ildə tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb. Azərbaycanda televiziya və radio sahəsi, bax, beləcə, dinamik şəkildə inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir.

Xüsusi qeyd edək ki, Vətən müharibəsi zamanı torpaqlarımızın mənfur düşmənlərdən təmizlənməsi, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar barəsində ilk məlumatları məhz ana televiziyamız bizə çatdırırdı. Həmin həyəcanlı günlərdə bütün gözlər AzTV-yə dikilmişdi. Zəfər xəbərini də bizə çatdıran məhz bu televiziya oldu. Ali Baş Komandanımız İlham Əliyevin Şuşada, Xankəndidə üçrəngli bayrağımızı qaldırmasını ana televizıyamızdan qürurla izləmişik.

2020-ci ilin sonundan etibarən Qarabağda radio-televiziya yayımı bərpa edilib. Artıq bir çox telekanallar Şuşa, Xankəndi şəhərlərində, Xocalı, Ağdam, Bərdə rayonlarında, eləcə də ətraf yaşayış məntəqələrində keyfiyyətlə yayımlanır. Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə əksər yaşayış məntəqələrini əhatə edir.

Fevral ayında ana televiziyamızın 70 illiyi lə əlaqədar kanal rəhbərliyinin veteranlarla görüşündə mən də iştirak edirdim. Keçmiş həmkarlarım olan jurnalistlərlə, rejissor və montajçılarla səmimi söhbətlərimizdə xatırladıq ki, çalışdığımız redaksiyalarda sırf yaradıcı ruh, operativlik naminə fədakarlıq bir norma idi. Dedilər ki, indi də belədir. Əsas məqsəd tamaşaçı rəğbətini qoruyub saxlamaqdır. Yaşlı məşhurlar Roza Tağıyeva, Telli Pənahqızı, Solmaz Həmzəyeva, Ofeliya Sənani ilə görüşümüzdən də çox məmnun qaldıq. Onlar bu gün estafeti davam etdirən, studiyalarda, pult arxasında, meydanlarda, ölkə üzrə mühüm hadisələrin episentrində çalışan gənc həmkarlarına uğurlar arzuladılar.

Telekorifeylər sırasında görkəmli rejissor, Xalq artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, Prezidentin fərdi təqaüdçüsü Vasif Babayevin adı fəxrlə çəkilir. 60 ildən artıq sənət təcrübəsi olan Vasif müəllim televiziyanın canlı ensiklopediyasıdır. Rejissor köməkçisindən baş rejissor, televiziyanın bədii rəhbəri vəzifəsinədək yüksəlib. “MİR” dövlətlərarası Teleradio şirkətinin, “SARA" müstəqil Teleradio şirkətinin, Moskvada Rusiyanın “İnter-Az” müstəqil Teleradio şirkətinin yaradıcılarından olub. Söhbətimiz zamanı onun ulu öndər Heydər Əliyev haqqında televiziya və kino salnaməsinin yaradıcılarından biri, böyük alim, təşkilatçı kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri general-leytenant Kərim Kərimov haqqında maraqlı filmin müəllifi olduğunu yada saldıq. Tele-kino sənəti veteranı “Burada çalışdığım onilliklərin hədər getmədiyinə sevinirəm”, - deyib gülümsündü.

Yubiley günündə bir daha xüsusi qeyd etmək lazımdır ki, milli teleradionun həyatında baş verənlər bütünlüklə dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət özündə müasirliyi ehtiva edən, 3 peyklə dünyaya yayımlanaraq yüksək “əyarlı” peşəkar telekanala çevrilib, ən son texniki standartlara tam cavab verir.

...Bir müddət öncə AzTV-nin “Telesəhər” proqramının müxbiri Nigar Babayeva rəhbərlik etdiyi çəkiliş qrupu ilə süjet hazırlamaq üçün yaşadığım Sumqayıt şəhərinə gəlmişdi. Məndən də müsahibə aldılar və davranışlarından, səliqəli montaj işindən sonra efirə verdikləri materialdan görüb əmin oldum ki, ana televiziyamızda çalışan hazırkı nəsil də ənənələrə sadiq olması, yeniliyə can atması ilə seçilir. Deməli, teleməkanımızın uğurları davam edəcək və daha da artacaq.

Bayramınız mübarək!

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri