Tovuzda Zəfər öyüncü
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şuşa qalası, “Dəmir yumruq”, Xarıbülbül… Tovuzda 8 Noyabr Zəfər Gününə həsr olunan sərgidə bu rəmzlər uşaqların və gənclərin əl işlərində, rənglərin dili ilə ifadə etdikləri Vətən sevgisində bir araya gəlib.
Tovuz Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgi “Zəfər salnaməmiz – qəhrəmanlıq və qürur tariximiz” adlanıb. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər, məktəblilər, könüllülər və ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.
Məktəblilərin rəsm əsərlərində Vətən müharibəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı və tarixi Qələbəmiz əks olunub. Könüllülərin və şagirdlərin hazırladıqları “Şuşa qalası”, “Dəmir yumruq”, “Xarıbülbül” və digər kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bu işlərdə gənc müəlliflərin yaradıcılıq bacarığı ilə yanaşı, Vətənə məhəbbəti, qalib Ordumuza sevgisi və Zəfər qüruru da ifadəsini tapıb.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Noyabr 2026 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















