Icma.az
close
up
RU
5 yaşdan aşağı uşaqlar və gənclər TƏHLÜKƏDƏ XƏBƏRDARLIQ

5 yaşdan aşağı uşaqlar və gənclər TƏHLÜKƏDƏ XƏBƏRDARLIQ

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Soyuqdəymə kimi başlayan və saatlar ərzində ölümlə nəticələnən menenjit xüsusilə 5 yaşdan aşağı uşaq və gənclər üçün risk yaradır.

Yenisabah.az xəbər verir ki, bu haqda mütəxəssislər xəbərdarlıq edir.

Meningit – beyin və onurğa beyin qişalarının iltihabıdır. Xəstəlik adətən soyuqdəymə əlamətləri ilə başlayır, lakin bir neçə saat ərzində ağırlaşaraq ölümə səbəb ola bilər. Ən çox 5 yaşdan kiçik uşaqlar və yeniyetmələr risk altındadır.

Meningitin əsas səbəblərindən biri meninqokok adlı bakteriyadır. Bu bakteriya öskürək, asqırıq və yaxın təmas yolu ilə yayılır. Araşdırmalara görə, cəmiyyətin təxminən 25 faizi bu bakteriyanın daşıyıcısıdır və heç bir əlamət göstərmədən başqalarını yoluxdura bilər.

Statistikaya əsasən, 0–18 yaş arası meningit hadisələrinin 90%-nə məhz meninqokok bakteriyası səbəb olur. Dünyada hər il təxminən 500 min nəfər meninqokok infeksiyasına yoluxur və onlardan təxminən 50 mini həyatını itirir.

Uşaqlarda meningitin əsas əlamətləri yüksək hərarət, titrəmə, qusma, baş ağrısı və narahatlıq hissidir. Körpələrdə isə qidalanma pozuntusu, yuxululuq və bıngıldağın şişməsi müşahidə oluna bilər.

Hazırda Azərbaycanda pnevmokok və Haemophilus influenzae tip B bakteriyalarına qarşı peyvəndlər dövlət peyvənd təqviminə daxildir. Lakin meninqokok peyvəndi məcburi deyil və yalnız valideynlərin istəyinə əsasən tətbiq olunur. Bu səbəbdən son illərdə meningit hallarının əksəriyyəti meninqokok mənşəlidir.

Mütəxəssislər meninqokok peyvəndinin də rutin peyvənd proqramına daxil edilməsinin vacibliyini vurğulayırlar. Peyvəndləmə səviyyəsinin yüksəldilməsi xəstəliyin yayılmasının qarşısını alaraq həm fərdi, həm də ictimai sağlamlığın qorunmasına xidmət edir.

Valideynlərə tövsiyə olunur ki, uşaqlarını meninqokok peyvəndi ilə təmin etmək üçün yerli səhiyyə müəssisələrinə müraciət etsinlər.

Aytac Şahin


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri