Icma.az
close
up
RU
Bankda pulu olanlara VACİB XƏBƏRDARLIQ Hesablarınız təhlükədə!

Bankda pulu olanlara VACİB XƏBƏRDARLIQ Hesablarınız təhlükədə!

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün kiberhücumlar artır. Bəs nə edək ki, bu hücumlardan qorunaq? Kiberhücumları daha çox siyasi təxribat kimi qiymətləndirmək olarmı? Hər hansı bir linkə daxil olmadan da kiberhücum ola bilərmi? Saytlar, banklar nə etməlidir ki, bu hücumlardan qorunsun?

Bu barədə Modertor.az-a danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib ki, kiberhücumlar günümüzdə artan bir problem olaraq, həm fərdləri, həm də təşkilatları ciddi şəkildə təhdid edir. Bu hücumların qarşısını almaq və qorunmaq üçün bir neçə mühüm addım atılmalıdır:

“Hər bir hesab üçün güclü, fərqli şifrələr seçmək vacibdir. Şifrələrdə böyük hərflər, kiçik hərflər, rəqəmlər və xüsusi simvollardan istifadə etmək lazımdır. Həmçinin, iki faktorlu autentifikasiya (2FA) tətbiq etmək əlavə bir mühafizə imkanıdır.

Kiberhücumların qarşısını almaq üçün zəif nöqtələri aradan qaldırmaq çox vacibdir. Antivirus proqramları müntəzəm olaraq yenilənməlidir. Şəbəkələrdə firewall və şifrələmə kimi müdafiə mexanizmləri qurulmalıdır”.

Ekspert bəzi hallarda kiberhücumların siyasi təxribat kimi qiymətləndirilə bilərmi məsələsinə də aydınlıq gətirib.

Onun sözlərinə görə bir dövlətin digər dövlətin siyasi proseslərinə müdaxiləsi və ya sosial narazılıq yaratmaq məqsədilə kiberhücumlar həyata keçirməsi siyasi təxribat kimi görülə bilər: “Həmçinin, seçkilərə müdaxilə, məlumatların manipulyasiyası və s. kimi hücumlar bu kateqoriyaya daxil ola bilər. Kiberhücumlar yalnız linklərə daxil olmaqla məhdudlaşmır. Bir çox hücum növü, məsələn, malware (zərərli proqramlar), ransomware (fidyə proqramı) və ya social engineering (sosial mühəndislik) kimi texnikalarla da həyata keçirilə bilər. Kiberhücumlar birbaşa şəbəkə vasitəsilə və ya sosial mühəndislik üsulları ilə şəxsi məlumatlara və ya sistemə daxil olmaqla da baş verə bilər”.

İT üzrə mütəxəssis onu da əlavə edib ki, saytlar və banklar müntəzəm olaraq təhlükəsizlik auditi aparmalı və zəiflikləri müəyyən edərək onları aradan qaldırmalıdırlar.

 “Müştəri məlumatlarının qorunması üçün SSL şifrələməsi, məlumat ötürülməsi zamanı şifrələmənin tətbiqi vacibdir. Banklarda və saytlarda çalışanlara, xüsusən də müştəri məlumatlarına çıxışı olanlara, kiberhücumlar və onların qarşısını almaq üçün müvafiq təlim verilməlidir.

Kiberhücumların artması ilə mübarizə aparmaq, bütün bu tədbirləri birgə həyata keçirmək çox vacibdir. Həm fərdlər, həm də təşkilatlar, hər zaman yeni təhlükəsizlik texnologiyalarına adaptasiya olmalı və mövcud təhlükələrə qarşı hazırlıqlı olmalıdırlar”,- deyə Bəhruz Əliyev qeyd edib.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri