Icma.az
close
up
RU
5 yaşında 90 kilo idi, 6 il sonra tanınmaz hala düşdü

5 yaşında 90 kilo idi, 6 il sonra tanınmaz hala düşdü

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türkiyənin Samsun vilayətində anadangəlmə leptin hormonu çatışmazlığı səbəbindən toxluq hissi yaranmayan və 5 yaşında 90 kiloqrama qədər çəki alan Yağız Bektenin son görüntüsü görənləri təəccübləndirib. Bir vaxtlar yeriməkdə belə çətinlik çəkən uşağın 6 il ərzində yaşadığı dəyişiklik bir çox ailəyə ümid olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 6 il əvvəl kilosu ilə bütün sosial medianı alt-üst edən 5 yaşlı uşaq indi tanınmaz hala düşüb.

Samsunun Tekkeköy rayonunda yaşayan 44 yaşlı Sedat Bekte və 35 yaşlı Sevda Bekte cütlüyünün ikinci övladı olan 11 yaşlı Yağız Bekte anadangəlmə leptin hormonu çatışmazlığı səbəbindən körpəlik dövründən sürətlə kökəlməyə başlayıb.

ağız hələ bir yaş yarımlığında 32 kiloqrama çatıb, 2 yaşında 37 kilo, 3 yaşında isə 55 kilo olub. Çəkisi 5 yaşında 90 kiloqrama qədər yüksələn uşaq artıq çəkilər səbəbindən bir müddət nəfəs aparatına qoşulmaq məcburiyyətində qalıb.

Türkiyə Səhiyyə Nazirliyinin təsdiqlədiyi xüsusi müalicəyə cəlb olunan Yağızın həyatı müalicənin müsbət nəticə verməsindən sonra dəyişməyə başlayıb. 2022-ci ildən etibarən müntəzəm şəkildə çəki itirən Yağız 11 yaşında 40 kiloqrama qədər arıqlayaraq yaşıdları ilə eyni boy-çəki indeksinə çatıb. İlk dəfə dostları ilə birlikdə gəzib əylənə bilən uşaq müxtəlif tədbirlərdə iştirak etməyin sevincini yaşayır. Yağız artıq yaşıdları kimi əyləncə parklarında vaxt keçirir və adrenalin dolu zip coaster attraksionunda sürüşməyi də sevərək edir.

Hazırda 4-cü sinifdə oxuyan Yağız Bekte bildirib ki, əvvəllər artıq çəkisinə görə yaşıdları kimi fəaliyyətlərdə iştirak edə bilmədiyi üçün çox kədərlənirmiş: “Əvvəllər çox kök idim, indi isə özümü çox yaxşı hiss edirəm. Dostlarımın etdiyi fəaliyyətlərə qoşula bilmirdim, indi isə hər şeyi edə bilirəm. Buna görə çox xoşbəxtəm”.

Yağızın atası Sedat Bekte isə oğlunun yaşıdları ilə eyni çəkiyə çatmasının onlar üçün böyük sevinc olduğunu bildirib. Ata qeyd edib ki, Yağız çox çətin dövrlər keçirib və xüsusi müalicə almasaydı arıqlaması mümkün olmazdı. Onun sözlərinə görə, əvvəllər ailə olaraq heç yerə gedə bilmirdilər, Yağız dostlarını görəndə ağlayır və “Mən niyə gedə bilmirəm?” deyərək çox kədərlənirfi. Hazırda isə uşaq bütün attraksionlarda oynaya bilir və normal uşaqlıq həyatı yaşayır.

Bildirilib ki, həkim nəzarəti altında yaşayan Yağız Bektenin müalicəsi ömür boyu davam etdiriləcək və sağlamlığının qorunması üçün mütəmadi nəzarətdə saxlanılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 İyun 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri