50 il sonra yenidən Rubik kubuun istehsalına başladılar
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Macarıstan ixtirasından 50 ildən çox vaxt keçdikdən sonra məşhur Rubik kubunun yenidən istehsalına başlayıb.
Yeniavaz.com “Euronews” telekanalına istinadla xəbər verir ki, Yasberen şəhərində ildə bir milyon Rubik kubu istehsal edə biləcək yeni avtomatlaşdırılmış istehsal xətti istifadəyə verilib.
Açılış mərasimində Rubik kubunun yaradıcısı, 82 yaşlı Erno Rubik də iştirak edib.
Müəssisə kubları yığmaq və onların funksionallığını yoxlamaq üçün robot qollardan istifadə edəcək.
Rubik bu tapmacanı 1974-cü ildə Budapeştdə dizayn dərsi keçərkən icad edib. O, üçölçülü kostruksiyanı hazırlamaq üçün 27 taxta blokdan istifadə edib.
1977-ci ildə kub ilk dəfə Macarıstanda “Sehrli Kub” adı altında satışa çıxarılıb.
Tapmaca tezliklə dünya miqyasında populyarlıq qazanıb.
1980-1983-cü illər arasında baş verən ilk böyük satış bumu zamanı təxminən 200 milyon Rubik kubu satılıb.
Bu mövzuda digər xəbərlər:50 il sonra yenidən... Video
09 Sentyabr 2026 05:43
50 il sonra yenidən dəb olacaq
01 May 2026 01:50
Ərəblər hibrid mühərrik istehsalına başladılar FOTO
24 Aprel 2026 17:24
Bayramdan sonra yenidən tətilə başladılar KONKRET
05 Yanvar 2026 19:26
NASA 50 il sonra Aya yenidən insan göndərir
31 Yanvar 2026 14:57
Baxış sayı:134
Bu xəbər 14 Noyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















