Xorvatiya son dəqiqələrdə vurduğu qolla Çexiyanı məğlub ETDİ
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Millətlər Liqasının 2026/27 mövsümünün A Liqasının 3-cü qrupunda sonuncu turun oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, Osiyek şəhərindəki “Opus Arena”da baş tutan qarşılaşmada Xorvatiya millisi Çexiya yığmasını 2:1 hesabı ilə məğlub edib.
Görüşə sürətli başlayan meydan sahibləri artıq 2-ci dəqiqədə hesabı açıblar. Dion Drena Belyonun ötürməsindən sonra İvan Perişiç dəqiq zərbə ilə komandasını önə keçirib. İlk hissə Xorvatiyanın minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissədə hesabı bərabərləşdirmək üçün hücumlarını artıran Çexiya millisi istəyinə 84-cü dəqiqədə çatıb. Adam Hlojek fərqlənərək hesabı 1:1 edib.
Lakin meydan sahibləri məğlubiyyətlə barışmayıblar. 87-ci dəqiqədə Luka Vuşkoviçin ötürməsindən sonra Lovro Mayer topu qapıdan keçirərək Xorvatiyaya qələbə qazandırıb.
Qarşılaşmada topa sahib olma göstəricisində Xorvatiya 60 faizlik üstünlük əldə edib. Meydan sahibləri qapıya 8 dəqiq zərbə endirdiyi halda, Çexiya millisi cəmi bir dəfə çərçivəyə dəqiq zərbə vurub.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Xorvatiya qrup mərhələsini üçüncü pillədə başa vurub. Komanda A Liqasındakı yerini qorumaq üçün pley-off mərhələsində mübarizə aparacaq.
Keçirdiyi 6 oyunun hamısında məğlub olan Çexiya millisi isə xalsız sonuncu yeri tutaraq B Liqasına düşüb.
Turan ASLAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Noyabr 2026 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















