Icma.az
close
up
RU
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Rasim Qaracanın təqdimatında Kurt Meltserin (Curt Melzer) "50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı" yazısını təqdim edir.


Amerikalı publisist Kurt Meltser yazıçılıq sənəti haqqında motivasiyaedici məqalələr yazan aktiv bir müəllif kimi tanınır.


Yazı-pozu ilə məşğul olan bir çoxumuzun qəlbində günlərin bir günü bir roman nəşr etdirmək arzusu yatır.
Gəncliyimdə dəftər-dəftər gündəliklər tutar, sonu gəlməyən onlarla əlyazmaya başlayar, qeyd dəftərlərini çap olunmamış yazılarla doldurardım; kompüterimdə isə saysız-hesabsız fayllar yığılıb qalmışdı. İndi o yazdıqlarımın böyük əksəriyyəti yoxdur. Ya haradasa itib-batıb, ya zibil qutusuna atılıb, ya da kompüter faylları timsalında – böyük ehtimallı hansısa tullantı poliqonunda köhnəlmiş texnologiyaların yaddaşına birdəfəlik kilidlənib.
Bir çoxları kimi, mən də həmişə içimdə bir kitabın gizləndiyini düşünürdüm, amma bu arzunu gerçəkləşdirə bilmirdim. Həyat birtəhər həmişə araya girir, ciddi və müntəzəm şəkildə yazmağa vaxt tapmağıma mane olurdu.
İndi mənim 57 yaşım var. Görəsən, artıq gecdir? Yazıçı olmaq xəyalım bəlkə də çoxdan ölüb?
Heç vaxt "Heç vaxt" deməyin
Mənimlə eyni yaş dövrünü və eyni hissləri bölüşənlər üçün bir təsəlli var: dünya şöhrətli və uğurlu bir çox yazıçı ilk əsərlərini məhz 50 yaşından sonra işıq üzünə çıxarıblar. Bəlkə də, yazmaq üçün ömrün yetkin çağını gözləməyin ən böyük üstünlüyü – danışmağa daha çox hekayəmizin olmasıdır.
"Nyuberi" ("Newbury") mükafatı laureatı, "Zamanda qırış" ("A Wrinkle in Time") kitabının müəllifi Madlen L'Engli ("Madeleine L’Engle") 50 yaşından sonra onlarla kitab yazıb. O deyirdi: "Qocalmağın ən gözəl tərəfi odur ki, sən indiyə qədər yaşadığın heç bir yaşı itirmirsən."
Həyat təcrübəsi kitablar üçün ən mükəmməl xammaldır; bu təcrübəni qazanmağın isə ömrü yaşamaqdan başqa yolu yoxdur.
Aşağıda ilk romanlarını yalnız 50 yaş baryerini keçdikdən sonra çap etdirmiş 10 məşhur və uğurlu yazıçının siyahısını təqdim edirik. Siyahı gəncdən qocaya doğru sıralanıb.
1. Çarlz Bukovski (51 yaş) – "Poçt şöbəsi" (Post Office, 1971)


Bukovskinin 50 yaşına qədər bəzi şeirləri və bir neçə hekayəsi çap olunsa da, o, ilk romanı olan "Poçt şöbəsi"ni yalnız 51 yaşında nəşr etdirdi. Kitab onun poçt sistemindən təqaüdə çıxmasından cəmi bir il sonra işıq üzü görmüşdü. Bukovski cəmiyyətin ağır içki düşkünü olan, ağır işlərdə çalışan, çarəsiz, yoxsul və sərt təbəqəsinin həyatını olduğu kimi, çılpaqlığı ilə qələmə alması ilə tanınırdı.
2. Reymond Çandler (51 yaş) – "Böyük yuxu" ("The Big sleep", 1939)
Reymond Çandler də ilk romanından əvvəl jurnallarda qısa hekayələr dərc etdirən müəlliflərdən olub. 1939-cu ildə, 51 yaşında olarkən Çandler özünün ilk kitabı olan "Böyük yuxu" romanını çap etdirdi. Bu, Los-Ancelesli detektiv Filip Marlou tərəfindən aparılan təhqiqatdan bəhs edən bir kriminal roman idi.


3. Riçard Adams (52 yaş) – "Uotersip təpəsi" ("Watership down", 1972)


1920-ci ildə doğulan Riçard Adams Böyük Depressiya və İkinci Dünya Müharibəsinin çətinliklərindən sağ çıxmışdı. 1972-ci ildə onun indi hamıya məlum olan məşhur əsəri "Uotersip təpəsi" işıq üzü gördü. Bu, onun ilk çap olunan kitabı idi və Adamsın o zaman 52 yaşı vardı. Müəllif bunun sadəcə dovşanlar haqqında bir nağıl olduğunu iddia etsə də, əsərdə "Odisseya" ilə paralelləri, korrupsiyalaşmış rəhbərliyə və müharibəyə qarşı tənqidləri, eləcə də insanın təbiəti məhv etməsinə dair ekoloji mesajları görməmək qeyri-mümkündür.


4. Anna Syuell (57 yaş) – "Qara gözəl" ("Black beauty", 1877)


Bu məqalənin yarımbaşlığı belədir: "Yazıçılıq karyerasına başlamaq üçün heç vaxt gec deyil". Lakin Anna Syuell üçün bu ifadə az qala özünü doğrultmayacaqdı. O, özünün məşhur "Qara gözəl" kitabını ağır xəstə yatağında olarkən yazmışdı. Nəhayət, 57 yaşında kitabını çap etdirə bildi. Bu, onun həyatında nəşr etdirdiyi ilk və yeganə kitab oldu. Yazıçı kitabın nəşrindən cəmi beş ay sonra dünyasını dəyişdi.
5. Meri Uesli (57 yaş) – "Danışıq şərtləri" ("Speaking terms", 1969)
1912-ci ildə doğulmuş Meri Uesli 1969-cu ildə – 57 yaşında olarkən uşaqlar üçün iki kitab nəşr etdirdi: "Danışıq şərtləri" və "Altıncı möhür" (The Sixth Seal). Lakin o, daha çox böyüklər üçün yazdığı əsərlərlə şöhrət qazandı. Yazıçının 70 yaşında nəşr etdirdiyi "Növbəyə girmək" (Jumping the Queue, 1983) romanı dünya səviyyəli bestsellerə çevrildi.
6. Laura İnqalls Uaylder (65 yaş) – "Böyük meşədəki balaca ev" (Little House in the Big Woods, 1932)
Laura İnqalls Uaylder haqqında yazmaq üçün mütləq əvvəlcə həyatı yaşamaq və təcrübə toplamaq lazım olduğunun ən bariz nümunəsidir. Onun Orta Qərbdə, pionerlər dövründə böyüməsindən bəhs edən məşhur kitab seriyası nəsillər boyu oxucuların sevimlisinə çevrilmiş, hətta ürəkləri isidən məşhur bir teleserialın yaranmasına ilham vermişdir. Müəllif bu seriyanın ilk kitabı olan "Böyük meşədəki balaca ev" əsərini 1932-ci ildə, 65 yaşında çap etdirib.
7. Karl Marlantes (65 yaş) – "Matterhorn" (2010)
Karl Marlantes, əlbəttə ki, yazmağa 50 yaşından sonra başlamamışdı. Onun üçün bu şahəsərin ideyası hələ 1969-cu ildə Vyetnam cəngəlliklərində sağ qalmaq uğrunda mübarizə apararkən beynində doğulmuşdu. O, yaşadıqlarını 70-ci illərin sonlarında kağıza köçürməyə başladı. Əlyazma üzərində tam otuz il işlədikdən sonra, nəhayət, kitabı 2010-cu ildə nəşr etdirdi. Həmin vaxt onun 65 yaşı vardı. "Matterhorn" böyük ölçüdə Marlantesin Vyetnam müharibəsi zamanı dəniz piyada zabiti kimi yaşadığı şəxsi təcrübələrinə əsaslanır. Müəllif bizimlə amansız şərtlərin, irqi qarşıdurmaların, bacarıqsız rəhbərliyin və müharibə dəhşətlərinin ağır mənzərəsini bölüşür.
8. Frenk Makkort (66 yaş) – "Anjelanın külü" ("Angela’s ashes", 1996)
Frenk Makkort Nyu-Yorkda müəllimlik fəaliyyətini başa vurub təqaüdə çıxana qədər bədii yaradıcılıqla məşğul olmayıb. 1996-cı ildə, 66 yaşında olarkən o, ilk kitabı olan "Anjelanın külü" roman-bioqrafiyasını nəşr etdirdi. İrlandiyanın Limerik şəhərində keçən yoxsul uşaqlıq illərindən bəhs edən bu memuar yazıçıya "Pulitser" (Pulitzer) mükafatı və Milli Kitab Tənqidçiləri Dairəsinin mükafatını qazandırdı.
9. Harriet Doerr (73 yaş) – "İbarra üçün daşlar" ("Stones for İbarra", 1984)
1984-cü ildə Harriet Doerrun ilk romanı işıq üzü görəndə onun artıq 73 yaşı vardı. Müəllifin Meksikadakı şəxsi yaşayış təcrübəsinə əsaslanan "İbarra üçün daşlar" romanı ABŞ-da "İlk bədii əsər" nominasiyasında Milli Kitab Mükafatına layiq görüldü.
10. Norman Maklin (74 yaş) – "Ortasından çay keçir" ("A River runs through it, 1976)
Norman Maklin özünün ilk romanını 1976-cı ildə, 74 yaşında nəşr etdirib. Buna qədər o, ABŞ Meşə Təsərrüfatı Xidmətində çalışmış, həmçinin Çikaqo Universitetində ingilis dili professoru olmuşdu. Montanada, presviterian keşişinin ailəsində böyüməsindən bəhs edən bu bioqrafik əsərdə Maklin həyatın ritmini tilovla balıq ovlamaq metaforası vasitəsilə bədii şəkildə təsvir edir. Roman böyük rəğbətlə qarşılandı və sonradan uğurlu bir filmə adaptasiya olundu.
Ralf Uold Emerson deyirdi: "Ən gözəl nəğmələr ən köhnə skripkalarda çalınır".
Bir insanın yaşının çox olması heç də onun yazıçı kimi gələcəyinin olmadığı anlamına gəlmir. Əksinə, 50 yaşdan yuxarı insanların zəngin həyat təcrübəsi onlara mükəmməl bir roman yaratmaq üçün lazımdır olan hekayələri bəxş edir.

Pikassonun nifrət və sevgi qazanan əsəri: "Avinyon qızları"nın sirri nədədir? “Sözün varsa, de!” filminin çəkilişləri davam edir Şehlə günahını yuyan şair - Esmira İsmayılova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 May 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri