Mərhum yazıçı Günel Eminlinin Kimya gündəliyi adlı kitabı çap edilib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mərhum yazıçı, şair Günel Eminlinin "Kimya gündəliyi" əsəri işıq üzü görüb.
APA xəbər verir ki, kitabda müəllifin qeydləri və qələm dostlarının onun barəsində xatirələri yer alıb.
Mərhum yazıçı Günel Eminli xərçəng xəstəliyindən əziyyət çəkirdi. Kitabda da onun kimya terapiyası aldığı dövrdə yazdığı qeydlər toplanıb. Əsər geniş oxuculara ilk dəfə təqdim olunur.
Kitabın satışdan əldə olunan vəsait bu xəstəlikdən əziyyət çəkən körpənin müalicəsi üçün ianə olunacaq.
Kitabın illüstrasiyaları məhrum yazıçının övladları - qızı Nilaya və oğlu İsmayıla məxsusdur.
Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən G.Eminli doğum günündə - 9 iyun 2023-cü ildə müalicə üçün getdiyi İstanbul şəhərində dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















