Icma.az
close
up
RU
500 milyardlıq müharibə: Yaxud qazanmağın savaşı

500 milyardlıq müharibə: Yaxud qazanmağın savaşı

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar Ukraynanın nadir torpaq metalları və digər strateji xammal ehtiyatları ilə bağlı müxtəlif fikirlər səslənir. 

Donald Trampın Ukraynada 500 milyard dollarlıq nadir torpaq metalları ehtiyatlarının olduğu iddia edərək bu resursların ABŞ-nin sənaye gücünü bərpa etmək üçün vacib olduğunu bildirib. Mütəxəssislər deyirlər ki, Ukraynada genişmiqyaslı nadir torpaq metalları yataqları yoxdur. SSRİ dövründə bəzi metallarla bağlı emal prosesi həyata keçirilsə də, onların çıxarılması kütləvi səviyyədə aparılmayıb. 

Tramp əslində nə istəyir?

Bu vəziyyətdə sual yaranır ki, Tramp əslində nə istəyir və Rusiya bu məsələdə hansı rolu oynaya bilər?

Ukrayna hazırda ciddi iqtisadi çətinliklər içindədir. Rəsmi məlumatlara görə, ölkənin dövlət borcu 156 milyard dolları keçib, halbuki ümumi daxili məhsul (ÜDM ) ən yaxşı halda 90 milyard dollar, bəzi mənbələrə görə isə cəmi 60 milyard dollar təşkil edir. Ölkənin ixracı isə minimum səviyyəyə düşüb. Son illərdə Ukraynaya milyardlarla dollar yardım edildiyi bildirilir: 

• ABŞ – 300 milyard dollar (ümumi yardım) 
• Böyük Britaniya – 7 milyard funt sterlinq 
• Avropa İttifaqı – 154 milyard avro 
• Beynəlxalq Valyuta Fondu (BVF) – 12 milyard dollar.

Lakin bu vəsaitlərin böyük hissəsinin hara xərcləndiyi qeyri-müəyyəndir. Rəsmi açıqlamalara görə, 87 milyard dollar silah tədarükünə, 66 milyard dollar isə dövlət büdcəsinin maliyyələşdirilməsinə yönəldilib. Qalan 150 milyard dolların isə aqibəti naməlumdur. Mövcud geoloji məlumatlar göstərir ki, Ukrayna həqiqətən də bəzi strateji xammallara malikdir, lakin onların iqtisadi dəyəri Trampın iddia etdiyi 500 milyard dollardan çox uzaqdır. 

Hətta 92 milyard dollarlıq ehtiyatlar belə şübhə doğurur və investisiya üçün ciddi araşdırmalar tələb edir. Bundan əlavə, ölkənin hazırkı iqtisadi vəziyyəti və borc yükü yaxın 15-20 il ərzində borcların qaytarılmasını qeyri-mümkün edir. Beləliklə, ABŞ-nin Ukrayna ilə bağlı siyasəti yalnız xammal resursları üzərində qurulmayacaq. Əksinə, Vaşinqton artıq Kiyevdən şəffaflıq tələb edir və xüsusilə, verilən milyardlarla dolların hara xərcləndiyini anlamaq istəyir. 

ABŞ üçün strateji baxımdan əhəmiyyətli olan əsas metallardan biri titandır. Bu metal aviasiya, raket istehsalı və hərbi texnologiyalarda geniş istifadə olunur. ABŞ-nin "Boeing" şirkəti uzun illər Rusiya titanından asılı olub, lakin son illərdə bu əlaqələr zəifləyib. Ukraynadakı titan yataqlarına çıxış əldə etməklə ABŞ bu asılılığı azaltmağa çalışır. Rusiya ABŞ-yə nadir metallar sahəsində əməkdaşlıq təklif edib. 

Əgər ABŞ Rusiya ilə ticarət əlaqələrini bərpa etsə, nadir metallar tədarükü ilə bağlı problemlərini həll edə bilər. Lakin ABŞ-nin əsas strategiyası Rusiyadan asılılığı azaltmaq və alternativ mənbələr tapmaqdır. Ukraynadakı resurslar bu baxımdan cəlbedici görünsə də, onların miqyasının yetərli olub-olmadığı sual altındadır. 

“Pullar  ABŞ-də qalıb”

Mövzu ilə bağlı ukraynalı politoloq Aleksandr Oxrimenko "Cümhuriyət”-ə açıqlamasında bildirib ki, ABŞ-nin Ukraynaya yardımı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Onun sözlərinə görə, Tramp əvvəl 500 milyard dollar dedi, sonra bu rəqəm 350 milyard dollar oldu:

"Ancaq Pentaqonunaçıqlamalarına görə, Ukraynaya verilən real yardım heç vaxt 18 milyard dolları keçməyib. Qalan pullar isə ABŞ-də qalıb və birbaşa Ukraynaya aidiyyəti yoxdur.Bu yaxınlarda isə ABŞ rəsmisi Kelloq 92 milyard dollar rəqəmini səsləndirdi, lakin Pentaqon izah etdi ki, bu rəqəm köhnə hərbi texnikanın yeni qiymətlərlə hesablanmasına əsaslanır. Əgər bu avadanlıqların real dəyəri nəzərə alınsa, ümumi yardım məbləği yenə 18 milyard dollar civarında qalır”.

“Yardım ABŞ rəsmiləri və biznesmenlər tərəfindən mənimsənilib”

Politoloq hesab edir ki, ümumiyyətlə, Ukraynaya edilən yardım çox zəifdir və bu da ordunun müharibədə ciddi çətinliklərləüzləşməsinin əsas səbəblərindən biridir. Ekspert deyir ki, Ukraynaya verilən silahlar və texnika həmişə yüksək keyfiyyətli olmur: 

"Bundan əlavə, yardım məbləğinin böyük hissəsi ABŞ rəsmiləri və biznesmenləri tərəfindən mənimsənilib. Yəni, ABŞ hökuməti Ukraynaya nəzərdə tutulan yardımı daha çox öz büdcəsindən pul çıxarmaq üçün bəhanə kimi istifadə edib".

 Sülhsazişi ilə bağlı fikirlərini paylaşan A.Oxrimenko bildirib ki, onun tam mətni ictimaiyyətə təqdim olunmayıb:

"Rəsmi imzalanma mərasimi 28 fevralda gözlənilir və məhz bundan sonra sazişin detalları aydın olacaq. Buna görə də indidən onun müharibənin maliyyələşdirilməsinə necə təsir edəcəyini demək mümkün deyil. Həm Trampın, həm də digər ABŞ rəsmilərinin bəyanatlarına əsasən, bu saziş Ukraynaya yeni silah və maliyyə yardımı ayırmağı nəzərdə tutur. Bəzi ekspertlər hətta bunu yeni bir "Land-Lease" proqramı adlandırırlar". 

Əsas gözlənti 28 fevralda baş tutacaq görüşədir

Ekspert Rusiya təbliğatının bu mövzuda faktları təhrif etdiyini vurğulayıb:

"Hazırda həm Qərb, həm də Rusiya mediasında Ukrayna ilə bağlı çoxlu təbliğat və əks-təbliğat materialları dolaşır. Digər bir maraqlı məsələ isə nadir torpaq metalları ilə bağlıdır. Məsələn, Putin ABŞ-yə bu sahədə əməkdaşlıq təklif etdiklərini, lakin ABŞ-nin bunu rədd etdiyini bildirib. Bundan başqa, Avropa İttifaqı da Ukraynaya nadir torpaq metalları ilə bağlı əməkdaşlıq sazişi təklif edib. 

Çinin də bu məsələdə marağı olduğu deyilir. Beləliklə, nadir torpaq metalları məsələsi son vaxtlar çox müzakirə olunur, lakin bu sahədə əsasən siyasətçilər danışır, ixtisaslı mütəxəssislərin fikirləri isə kölgədə qalır. Əslində, Ukraynada bu metalların müəyyən ehtiyatları olsa da, indiyə qədər onların çıxarılması üçün texnologiya və infrastruktur olmadığından, bu resurslar istismar edilməyib. 

Bu sazişin Ukraynaya texnologiya gətirib-gətirməyəcəyi və nadir torpaq metalları hasilatının mümkün olub-olmayacağı hələ ki, bəlli deyil. Onun nə qədər gəlirli və ya səmərəli olacağını da söyləmək çətindir. Hazırda əsas gözlənti 28 fevralda baş tutacaq görüşədir, çünki həmin gün həm Zelenski, həm də Tramp bir araya gəlməlidir. Saziş imzalandıqdan sonra onun detalları incələnəcək və real nəticələr barədə fikir söyləmək mümkün olacaq. Əsas suallardan biri budur ki, bu saziş Ukrayna ordusunun maliyyələşdirilməsini təmin edəcəkmi? Əgər olacaqsa, bu, necə və hansı həcmdə həyata keçiriləcək? Ukraynanın hədəfi aydındır, silah almaq üçün maliyyə əldə etmək. 

Çünki hətta müharibə bitsə belə, Ukraynaya güclü silahlı qüvvələr lazımdır ki, Putin rejiminin mümkün hücumlarına qarşı özünü müdafiə edə bilsin. Buna görə də silah tədarükünün bərpası və ya dayandırılması Ukrayna üçün həyati əhəmiyyət daşıyır. Silah tədarükünün davamlı olması Ukraynanın öz təhlükəsizliyini təmin etməsi üçün vacib şərtdir. Əgər bu təmin olunsa, ölkə gələcəkdə Rusiyanın mümkün təhlükələrinə qarşı dayanıqlı olacaq". 

Səbinə Uğur 
"Cebheinfo.az" 

Açar sözlər: Ukrayna ABŞTramp

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri