Ukrayna bu gün Trampa 500 milyardlıq sərvətini verəcək
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağ Ev və Ukrayna nadir metalların hasilatı barədə razılaşmaya yaxındırlar.
Globalinfo.az xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb. Məlumata görə, tərəflər arasında razılaşma bu gün imzalana bilər. Bunun isə ABŞ ilə Ukrayna arasında münasibətlərin gərginləşməsini azaldacağı bildirilib.
Qeyd edək ki, ABŞ bundan öncə Ukraynadan 500 milyard dollarlıq nadir metalların hasilatı ilə bağlı razılaşmanı imzalamasını istəyib. Bu müqavilə ABŞ şirkətlərinə Ukrayna yataqları üçün haqq sahibi olmasına şərait yaradacaq. Vaşinqton həmçinin Ukraynanın müqaviləni ona verilən hərbi yardımların kompensasiya üçün imzalamasını tələb edir. Lakin maliyyə naziri Skott Bessent vasitəsilə ABŞ-dən göndərilən ilk təklifi Ukrayna qəbul etməyib. Bundan sonra Tramp Zelenskiyə qarşı tənqidləri artırıb, hətta onu qeyri-legitim prezident olmaqda ittiham edib. Tərəflər yataqlarla bağlı danışıqlara yenidən bir neçə gün öncə başlayıblar. Hələlik Vaşinqtonun Kiyevə hansı təklifləri göndərdiyi açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















